вторник, 30 марта 2010 г.

MÖVLUDUN MÜBARƏK, YA RƏSULALLAH



Sən gəldin, dünyamız açdı gül, çiçək,
Çarəsiz qəlblərə gəldi ümidtək.
Sənin zikrin etsə bəndələr hər an,
İçəcək cənnətdə Kövsər suyundan.
Mövludun mübarək, ya Rəsulallah!
***
Sən bizə Quran tək nemət gətirdin,
Ondadır həqiqət, İslami bir din.
Açıb, açacaqdır elmin sirlərin,
Hələ çox qafillər tapacaq səhvin.
Mövludun mübarək, ya Rəsulallah!
***
Xəlifə, canişin İmam Əlidir.
Gördükdə haqsızlıq, yad et Əlini.
Haqsız qarşısında dönməzlik edər,
Dilənçi gördükdə dizi titrəyər.
Mövludun mübarək, ya Rəsulallah!
***
Sənin bənzərindi Əliəkbərin.
Qardaşlıq dastanı Əliəkbərin.
Kərbəla şəhzadəsi təşrif buyurdu,
Yerdə də, göydə də məclis quruldu
Mövludun mübarək, ya Rəsulallah!
***
Yol açaq, Fatimeyi-Zəhra gəlibdi,
Cənnət xanımlarının nuru gəlibdi
Yəmən qanlarına şahid gəlibdi,
Xocalı dərdinə giryan gəlibdi
Mövludun mübarək, ya Rəsulallah!
***
İmamım gəlibdi, şahım gəlibdi
Zülfüqar sahibi, Ağam gəlibdi.
Quracaq dünyada ədalətini,
Yol açın, Mehdiyi-Mövla gəlibdi.
Mövludun mübarək, ya Rəsulallah!



Müntəzir,
"Dəyərlər"in oxucusu, 16 yaş

Комментариев нет:

Отправить комментарий

Примечание. Отправлять комментарии могут только участники этого блога.