среда, 10 марта 2010 г.

FƏLƏSTİNLİ RÜQƏYYƏDƏN YƏMƏNLİ RÜBABA MƏKTUB



http://deyerler.org/51019-felestinli-ruqeyyeden-yemenli-rubaba-mektub.html


Salam bacı, necəsən? Mən on yaşlı fələstinli Rüqəyyəyəm. Mən beşinci sinifdə oxuyuram. Düzdür, məktəbə hər zaman getmək alınmır. Tez-tez bombalayırlar. Özü də ki, son hücumdan sonra məktəbimizi hələ tam bərpa etməyiblər. Bir neçə sinif bir otaqda daldalanırıq, birtəhər dərsimizi keçirik. Sənin hekayəni eşitdim. Və çox qəmləndim. Amma onu bilməni isləyirəm ki, mən və sinif yoldaşlarım sənin qəmini öz qəmimiz hesab edirik. Və sənin şəhid qardaşını da öz qardaşımız bilirik. Və qardaşımızın haqqın tərəfini tutduğuna görə şəhid olduğunu biləndə, böyük qürur hissi keçirdik. Sinif yoldaşlarım da məsələni eşidəndə, çox qəmləndilər. Çünki, doslarımdan bir neçəsinin ən həssas nöqtəsi idi. Çünki anası, atası sənin kimi şəhid edilmişdilər. Bir neçəsi də sənin kimi qardaşlarını itiriblər. Onlar da bu məsələni eşidəndə çox qəmləndilər. Amma ən çox aramızda qəmlənən sinif yoldaşımız Salman oldu. Salman 13 yaşındadır. Və sinif otaqlarımızın demək olar ki, hamısı dağıdıldığından, biz məktəbin nisbətən yaxşı vəziyyətdə olan kiçicik bir otağında dərs keçirik. Bu kiçik sinif otağı - bir neçə yerdən mərmi həmləsinə tuş gəlmiş və bütün məktəbin uşaqlarının hamısının bir yerdə dərs keçdiyi qaranlıq bir otaqdır. Və bütün məktəbin şagirdləri bir-biri ilə sinif yoldaşıdırlar. Amma Salman səkkizinci sinifdə oxuyur. Biz ondan soruşanda ki, nə üçün sən bu qədər qəmləndin, Salman cavabında gözü yaşlı halda dedi: - Mən Rübab bacımın dərdini sizlərdən daha çox anladığım üçün bu qədər qəmlənirəm. Bu vaxt sinif yoldaşım Səkinə dedi: -Salman, mən də Rübabın hekayəsinə çox qəmləndim. Çünki, bilirəm ki, qardaş itkisi nə deməkdir. Mənim qardaşım buldozerin qarşısında dayanıb evimizin sökülməməsi üçün səy göstərəndə, düşmənin bir əl işarəsi ilə buldozerin altında qalmışdır. Və qardaşım şəhid olmuşdu. Bu zaman Salman dedi: - Amma mənim anam mənim beş yaşım olanda şəhid olub. Salmanın bu sözü arada bir qədər süküt yaratdı. Sükutu sözünə davam edən Salman pozdu: - Mənim anam nənəmgildən evə qayıdanda camaatın daha çox toplaşdığı yerdən keçirmiş. Düşmən təyyarəsi elə bu zaman camaatı sıx görüb, oranı raket atəşinə tutdu. Anam elə həmin vaxt orada idi. Fələstin xalqı həmin gün 73 ağır yaralı, 35 şəhid vermişdi. O şəhidlər arasında mənim anam da var idi. Anam sağ olanda yatmazdan əvvəl mənə nağıl danışardı... O şəhid olan gecə mən qəmli halda yatağa uzandım. Və mənim ən qəmli günlərim o gecədən sonra başladı. Çünki, artıq başımın üstə öz isti nəfəsilə mənə nağıl danışan anam yox idi. Gecələr düşmən öz tank və topları ilə atəş açanda, mən artıq əvvəlki kimi yerimdən qorxu içində oyanıb təlaşla anamın qoynuna qaçıb sarıla bilmirdim, çünki anam aramızda yox idi. Düşmən hər dəfə atəş açanda başımı anamın sinəsinə bərk-bərk sıxa bilmirdim. Uşaqlarla həyətdə oynayarkən düşmən əsgərlərinin zirehli maşınlarını görən zaman qaçıb anama doğru gedə bilmirdim. Bəzən qaçan vaxtı ayağım ilişib yıxılanda mənim yaramı nəvazişlə sarıyan anam artıq yox idi. Çünki mənim anam şəhid olmuşdu. Amma yəmənli Rübabın həm atası, həm anası və həm də qardaşı artıq yoxdur. Çünki, onlar şəhid olmuşdular. Ona görə də mən yəmənli Rübabın qəmini daha yaxşı başa düşə bilmərəm. Çünki səkkiz il ana nəvazişindən uzaq bir körpəliyimin hekayəsi mənim qəlbimdə bu qədər yara qoyub. Ancaq yəmənli Rübab canının bir parçası olan əziz ailəsini tamam itirib. Görən yəmənli Rübabın qəlbi daha neçə il sızıldayacaq?! Mən anamı şəhid olanda öz gözlərimlə görməmişəm, amma yəmənli Rübabın əziz aləsini öz gözlərinin qarşısında şəhid ediblər. Və Salman aşağıdakı bu cümlələrlə öz sözünü bitirdi: “Biz üç qardaşıq: bunun biri Qəzzadır. Biri Yəməndir. Biri isə işğal altında olan digər müsəlman torpaqarı: Qarabağdır, Kəşmirdir. Çünki bu qardaşlar eyni yaraları alırlar. Həm də günbəgün. Rüqəyyə, yəmənli Rübab bacıma məndən də salam de. Və ona de ki, ata, anası və böyük qardaşımız olan Əbəlfəz üçün darıxanda bizi yada salsın. Allah bizim bu üç qardaşımızı hər zaman diqqətdə saxlamaq imkanı versin. Amin!”.


Müntəzir,
“Dəyərlər”in oxucusu, 16 yaş

Комментариев нет:

Отправить комментарий

Примечание. Отправлять комментарии могут только участники этого блога.