вторник, 30 марта 2010 г.

İSLAM ALƏMİNƏ NOVRUZ GƏLƏNDƏ... (ŞER)



Oyan, dəxi qəlb Novruzu gəlir.

Adıyla-sanıyla yeni gün gəlir.

Açır bağçalarda güllər-çiçəklər.

İslam aləminə Novruz gələndə.

***

Gəlir dəstə-dəstə quşlar uzaqdan

Ucalır aləmə onların səsi.

Qönçələr gül açır bağçalarda

İslam aləminə Novruz gələndə.

***

Açar Novruzda xarı bülbülüm

Şuşa, Zəngəzür bağçalarında.

Yenidən gül açar o torpaqlarda.

İslam aləminə novruz gələndə.

***

Təbiət oyanar Novruz gələndə

Qəlblər saflaşar Şahım gələndə

Açar qəlblərdə Novruz çiçəyi

İslam aləminə Novruz gələndə...


Müntəzir,
“Dəyərlər”in oxucusu, 16 yaş

Комментариев нет:

Отправить комментарий

Примечание. Отправлять комментарии могут только участники этого блога.