воскресенье, 9 мая 2010 г.

KÖYNƏK SİNDROMUNDAN AYAQQABI SİNDROMUNA KEÇİD


Bu günlərdə bizə yenə adi görünən, amma əslində çox önəm verilməli hadisə baş verdi। O da bundan ibarətdir ki, ABŞ-da yerləşən idman ayyaqqabıları istehsal edən zavodlardan biri üzərində əziz dinimizin əsas sütunları olan tövhid və nübuvət şəhadətləri əks olunmuş ayyaqqabılar istehsal etmişdir। Ayaqqabının üzərində ərəb dilində yazılmış mübarək kəlmələrə biz müsəlmanlar yenə də adi və xırda məsələ kimi yanaşıb, biganə qaldıq. Bu bizə adi görünən məsələlər, üst-üstə yığılaraq böyük məsələlərə yol açır. Yəni, dinimizin bayraqları olan hicaba, Qurana, məscidə, azana əl uzadacaq qədər zalımları cəsarətləndirir.Başqa vaxt ABŞ dövləti öz sipirtli içkiləri ilə, hərbi sursatları ilə dünyaya meydan oxumağa hazırdır. Amma görəsən İraq və Əfqanıstan kimi ölkələrdə törətdikləri vəhşiliklərə, körpələrin tökülən qanlarına nə vaxt cavab verəcəkdir?Çünki, demək olar ki, hər gün islam dininə qarşı yeni-yeni cinayətlər etməyə hazır olan ABŞ hərbçiləri və onun əlaltıları olan cəlladlar təkcə fiziki deyil, həm də mənəvi cinayətlər etməkdən çəkinmirlər. Bir gün İslam Peyğəmbərinə (s) yönəli təhqiramiz rəsmləri dərc edirlər, bir gün onun mübarək adı yazılmış idman ayyaqqabısını bıraxaraq islam dininə qarşı mənəvi cinayətlər etməkdədirlər. ABŞ dövlətinin və onun timsalında bütün qondarma rejimlərin etdikləri bununla da bitmir. Onlar mənəvi cinayətlər etmələri bəs deyilmiş kimi, fiziki ciayətlər etməkdən belə çəkinmirlər.Lal şeytanlar susduqca, çağdaş dünyada belə Fələstini, İraqı, Yəməni, Əfqanıstanı, Qəzzanı, Kəşmiri və digər İslam torpaqlarının zəbt edirlər. Və oradakı insanları öz yurd və yuvalarından didərgin salırlar. Necə ki, bir vaxtlar bu məmləkətdə lal şeytanların fəaliyyəti nəticəsində Xocalı və 20 Yanvar kimi yaralar açılmışdır. Və indiyə qədər bağlanmaq əvəzinə, hər gün közü dağıdılmaqdadır. Və dövr dəyişsə də, zülmlər dəyişməyərək Qəzzanı, Yəməni, İraqı, Əfqanıstanı cənginə alıb.Bu yerdə yadıma dünyaca məşhur olan və dünyada rəğbətlə qarşılanan “Avatar” kinosu düşdü. Çünki, o kinoda təbii sərvətləri qəsb etmək üçün “Pandora” xalqına qarşı edilən zülmlər, bu gün kino fıraqmentləri olmayıb, gerçək dünyada islam torpaqlarına qarşı edilir.Bu günlərdə İslandiyada püskürən vulkan, Avropanı müəyyən müddətə iflic etdi, iqtisadiyyata 1,7 milyard dollar ziyan vurdu. Dünyanın iqtisadi baxımdan ən qüdrətli ölkələri hamılıqla yığışıb, bir şey edə bilmədilər. Halbuki, bu adi bir təbii fəlakətdir. Və buna belə dözümləri olmayan ölkələr, illərdir ki, islam torpaqlarının başına olmazın müsibətlər gətirir, fosfor bombalarınadək başlarına yağdrırlar. İçkidən gələn pullarla alınan hərbi sursatla milləti didərgin salırlar. Bunlara dünya səsini çıxartmır, səsini çıxardanı da düşmən elan edib, başına min bir oyun gətirirlər. Amma cəmi üç-dörd günlük fəlakətə bütün media, telekanallar, internet məkanındakı veb saytlar və radio fm-lər təşvişə düşərək, dünyanı xəbərdar edirlər.Burada bir incə məqam da var ki, o da bundan ibarətdi ki, ayrı vaxt texnikasına, hərbi sursatına güvənən ölkələr, adi fəlakət qarşısında aciz qalıblar. Amma lazım olmayanda, bir gün dünyanın başını köynək sindromu ilə, bir gün ayaqqabı sindromu ilə qatırlar.Görəsən Qiyamətdə zalımlar hansı texnika ilə çıxış edəcəklər?

Müntəzir,

“Dəyərlər”in oxucusu, 16 yaş

Комментариев нет:

Отправить комментарий

Примечание. Отправлять комментарии могут только участники этого блога.