понедельник, 10 мая 2010 г.

162 QRAMIN CAVABINI VERƏ BİLƏCƏKSİNİZMİ?


Bu günlərdə internet məkanından bir xəbər diqqətimi cəlb etdi। O da bundan ibarətdir ki, İslandiyadan başlanğıc götürərək, bütün Avropanı cənginə alan, aviauçuşlara 1,7 milyard ziyan vuran və dünyanın ana damarı olan ticarət yollarını iflic edən vulkanın külü, İslandiyada bir suvenir qablarda satışa çıxardılıb। Öz-özlüyündə burada qeyri-adi bir şey yoxdur। İnsanı heyrətə gətirən məsələ - dünyada söz sahibi olmaq istəyən bir adamın həmin suvenirə 162 qramlıq külə 38 min dollar pul verməsidir. “Görəsən 162 qramın cavabını verə biləcəksinizmi” deyəndə, bunu nəzərdə tuturdum.Yəni, bir tüstüyə, dumana, toza ki, bu qədər sərmayə ayırırsınız, onda niyə sizinlə eyni kimlikdə olan milyard yarımlıq ümmətə heç su damlası ağırlığında diqqət yetirmirsiniz?!Niyə sizinlə eyni kimlikdə olan insanlar hər gün qırılır, darmadağın edilir, didərgin salınır – amma onlara zərrədək can yandırmırsınız?!Görəsən bilmirsiniz ki, 38 min dollar verib, bir tüstü alanda onun yerinə 38 ailənin və yaxud da ondan çoxunun bir neçə aylıq yeməklə təmin edə bilər? Düzdür, onun üçün 38 min dollar - ümmandan heç bir damla da deyil. Amma İslam torpaqlarında qırılan ümmət üçün böyük məbləğdir. Yəmən, Qəzza və digər islam ölkələri hər gün zülm içində min bir əziyyətlə üzləşirlər. Evinə yemək gətirmək üçün çıxan ata bilmir bu gün evinə sağ-salamat qayıdacaq, yoxsa ki, qayıtmayacaq. Çünki, zalım düşmən hər an hərəkətə keçə bilər. Bəziləri gündüzlər bayıra çıxa bilmədiyindən, gecə yuxusuz şəkildə evinə bir tikə yemək gətirmək üçün çıxan bir zamanda, elələri də tapılır ki, aldıqları vulkan tozu kimi, vücudları da tozlanır. Amma onlar yenə də özlərinin israfçılığını bir şərəf kimi qələmə verirlər.Evə çörək gətirmək üçün çıxan insanlardan biri də qəzzalı Abbasın atasıdı. O da məzlum Qəzza xalqı ilə birgə gecə vaxtı işləməyə gedirdi. Evdən çıxmazdan əvvəl Abbasın bacısı Rüqəyyə, atası ilə görüşməyə gəldi. Atası dörd yaşlı Rüqəyyəsini alnından, üzündən, gözündən öpdükdən sonra Rüqəyyə sevincli şəkildə atasına dedi:- Atacan bu gün özünü işdə çox yorma və çalış evə tez gələsən, çünki sabah qardaşım Abbasın ad günüdür və biz…deyərək, bir az duruxandan sonra atasının qulağına yaxınlaşıb, səhər birgə hədiyyə alacaqlarını onun yadına saldı. Rüqəyyənin atası gülümsəyərək, yavaş səslə dedi:- Çox sağ ol ki, yadıma saldın. Baş üstə, qızım. Allah izin versə, xahişini yerinə yetirərəm. Amma indi getməliyəm ki, sənin xahişini yerinə yetirim.Bunu deyib, Abbasın atası iş ləvazımatlarını götürüb getdi. Yenicə işə başlanmışdılar ki, sionist hərbçilərinin açdıqları atəş səsləri gəlməyə başladı. Abbasın atası ətrafındakı qonşuların bir-bir gözünün qabağında yaralanaraq, yerə yıxıldaqlırını görürdü, amma bunun qarşısını heç nə ilə ala bilmirdi. Və bu gücsüzlük onun iliynə işləyir, qəhər onu oğurdu…Bu zaman qardaşı Əli əminin də yaralandığını gördü. Vaxt itirmədən o tərəfə qaçmağa başladı. Bu zaman qolundan yara aldı. Bir anlığa qoluna baxaraq, balası Rüqəyyəni bu qolu ilə qucağladığı anlar yadına düşdü. Onunla əl-ələ verib sabah qardaşı üçün hədiyyə alacağı an gözünün qabağına gətirdi. Sonra isə yenə də əziz qardaşının yanına qaçmağa davam elədi. Bu zaman zalım düşmən onun sağ ayağını güllə ilə yaraladı. Bu zaman isə oğlu Abbası bu ayaqların üstünə qoyub, beşik kimi yırgalayaraq, yatızdırdığı günlər yadına düşdü. Abbasın atası yerə yıxılaraq torpağın üzərində sürünə-sürünə, qardaşına yaxınlaşmağa başladı.Bu zaman qızı Rüqəyyəyə verdiyi söz yadına düşdü. Çox məyus oldu. Çünki, qızına verdiyi sözü həmişə yerinə yetirərdi. Amma indi isə o yerinə yetirə bilməyəcəkdi. Çünki, düşmən artıq tanklarla dinc əhalinin üzərinə gəlirdi. Və bir qrup da sionist əsgəri Qəzzanın sərhədini keçərək, tankın arxasınca gəlirdi. Onların missiyası – tankın qabağından qaçan camaatı güllələmək idi. Onda Abbasın atası bütün gücünü toplayıb, ayağa qalxdı. Yaralı-yaralı, məyus, yorğun, amma böyük əzmkarlıq və şücaətlə qardaşına tərəf addımlamağa başladı. Bu zaman israil rejiminin bir əsgəri onun qarşısını kəsdi. Abbasın atasına əllərini qaldırıb, onun qabağında diz çökməyi əmr etdi. Abbasın atası israil rejiminin əsgərinə baxaraq gülümsəndi və dedi:- Mənim bədənimi güllə ilə dərmə-deşik etsəniz də, sizin qarşınızda izzətimi əldən vermərəm.Sonra isə yoluna davam etdi. Hirsindən əlləri əsən sionist əsgəri, əlindəki avtomatın qundağı ilə onun baş nahiyəsindən vurdu. Və yerə yıxalan Abbasın atasının sinəsinə avtomatın lüləsini dirədi. Abbasın atası başa düşdü ki, şəhadət məqamı yetişib. Və sionist əsgərinin tətiyi çəkməsindən bir an öncə, sonsuz inam və vüqarla dedi:- Allahım, Zamanə Sahibi (ə.f) olan ağama bu xidmətimizi qəbul et. Ailəmi və övladlarımı Sənə əmanət edirəm, İlahi!Ardınca kəlmeyi-şəhadətini demişi ki, köksünə doldurulan güllələr onu şəhidlik mərtəbəsinə yüksəltdi.Bu zaman pəncərə qırağında həyacanla atasının yolunu gözləyən Rüqəyyə, sabahın planını cızırdı. Qardaşı üçün nə alacağını fikirləşirdi. Amma o, bilmirdi ki, atası artıq şəhidlik məqamına yüksəlib. O, bilmirdi ki, evin sabahkı qonaqlar üçün bəzədilmiş yeri sabah qara rəngə bürünəcək. Rəngbərəng şarların, bəzəklərin yerini qara matəm rəmzi olan örtük örtəcək. Gecədən süfrə üçün hazırlanmış ləvazımatlar sabah matəm üçün işlədiləcək…Birdən qapı səsi gəldi. Rüqəyyə sevincli halda evin bir küncündə gizləndi. Anası Leyla xanıma dedi:- Atama harada olduğumu xahiş edirəm demə.Anası gülümsəyərək, razılıq verdi. Qapını açanda, qonşuları Zaman əmini gördü. O, məyus və yaralı halda Rüqəyyəgilin qapısında durmuşdu. Güclə sözləri tələffüz edərək, Rüqəyyənin əmisinin və atasının şəhid olduğunu qəmli halda bildirdi. Bu zaman Rüqəyyə ağlayaraq pərdənin arxasından çıxdı və dedi:- Axı, biz sabah onda atam ilə birlikdə qardaşım Abbasa hədiyə almayacağıq?!Anası ona “xeyr” dedikdə, Rüqəyyə ağlayaraq dedi:- Axı Abbasın sabah bu evdə, bu dünyada birinci ad günüdü. Çünki sabah Abbasın bir yaşı olur. Biz sabah atamla hədiyyə alacaqdıq. Amma indi o artıq mənimlə deyil. Artıq atam məni qucağına alıb üzümdən, gözümdən öpməyəcək. Artıq atam işdən gələnə kimi pəncərədən boylanıb onun yolunu gözləməyəcəyəm. Artıq işdən yorğun gələndə onun üstünə qaça bilməyəcəm. Artıq ata evə gələndə evin bir küncündə gizlənə bilməyəcəyəm. Artıq gözüm onu görənə qədər yollarda qalacaq.Bu zaman balaca Abbas yuxudan oyandı və ağlamağa başladı. Rüqqəyə və anası Abbası sakitləşdirməyə başladılar.Aralarında bəlkə də ən az ağrı çəkən, amma böyüyəndə ata nəvazişindən uzaq olduğuna görə böyük ağrılar çəkəcək Abbas, indi oyandı. Böyüyəndə atanın olmasının nə boyda nemət olacağını anlamayan Abbas, indi oyandı.Bu, sadəcə Qəzza xalqının bir ailəsinin başına gələn hadisədir. Amma bu kimi hadisələr bir çox islam məmləkətlərində hər gün yaşanmaqdadır. 38 min dollar ona verincə, məzlum islam torpaqlarının nümayəndəsi olan yəmənli Rübaba, qəzzalı Abbasa, əfqanıstanlı Hüseynə, iraqlı Leylaya, bosniyalı Əhmədə, kəşmirli Əsədə, livanlı Fatiməyə, şuşalı Cavidə və neçə-neçə digər bölgələrin günahsız körpələrinə vəqf edə bilərdi. Ölkələrin üşaqlarının, qocalarının, məzlumlarının firavan yaşaması üçün xərclənsəydi, bəlkə də ürəklərinin bağlanmamış yaraları az da olsa köz bağlayardı. “Dünyanın harasındasa güllə səsi eşidilirsə, orada müsəlman bacı və qardaşlarımız yaşayır”.Allah Təala bütün islam torpaqlarını hürr və azadə qərar versin. Amin.

Müntəzir,

“Dəyərlər”in oxucusu, 16 yaş

Комментариев нет:

Отправить комментарий

Примечание. Отправлять комментарии могут только участники этого блога.