суббота, 22 мая 2010 г.

ŞƏRTLƏ İŞ GÖRMƏK LAL VƏ FƏAL ŞEYTAN OLMAĞA ZƏMİN YARADIR

Bu günlərdə oxuduğum bir yazı məni düşündürdü. Həmin yazını oxuduqdan sonra hazırkı yazının ümumi konturları haqda ilkin təəsüratlar yarandı. Amma yazını yazmağa cəsarət edə bilmirdim. Axırda bütün cəsarətimi və neçə gündür ki, fikirləşdiyim məsələləri bir araya toplayıb, öz mülahizələrimlə bölüşməyi qərara aldım.

Oxuduğum yazıda zamanımızın ən böyük sindromu, xəstəliyi, bəlası olan məsələdən danışılırdı. Əslində, oxuduğum yazıda iki cümlə bu mülahizələrimi kağıza köçürməyə zəmin yaratdı. Yazıda iki cümlə bundan ibarət idi: “Kiçik uşaqlara heç bir zaman şərtlə iş gördürməyin. Çünki, bu, böyüyəndə onların psixologiyalarında dərin izlər aça bilər” deyilirdi. Öz-özlüyündə sadə cümlə olan və zahirdə heç bir vücudi sual yaratmayan bu cümlə, məndə belə bir fikir oyatdı: bəlkə də zamanın lal və fəal şeytanların yaranmasına səbəb, onların uşaqlıq çağlarında kiçik, xırda, bəsit və sadə şərtləri yerinə yetirib və müqabilində kiçik xırda hədiyyələr almalrı əsasında formalaşan psixologiyasıdır. Bu dünyagörüşü onları elə yönəldir ki, onlar indi böyük zülmlər müqabilində böyük hədiyyələr alırlar. Yəni, uşaqlıqda vaildeyinləri yemək yediyi təqdirdə, ona hər hansısa hədiyyə alacağını şərt qoyurdusa, indi bəlkə də həmin uşaqlar zamanımızda öz "böyüklər"inin qoyduğu şərtlərə görə - evə görə, pula, maşına, digər maddi məsələlərə görə - məscid sökürlər, insanlara zülm edirlər, tarixi irsimizi aradan aparmağa cəhd edirlər...

Bəziləri üçün sadə və bəsit görünə bilər ki, yemək yemirdi və şərt nəticəsində yemək yedi. Şərtə əməl edərək ona bir dənə dondurma aldılar. Amma bu dondurma, belə desək, şərtin vasitəçisinə çevrilən həmin bu dondurma, sonralar çevrilib böyük zülmlər müqabilində böyük “dondurmalar” almağa səbəb olur.

Biz lal və fəal şeytanların törətdikləri mənəvi və fiziki zülmlərə görə irad tuturuq, unu iyrənc bir iş bilirik. Düz də bilirik. Amma bu zülmlərin müqəddiməsinə çox vaxt əhəmiyyət vermirik. Diqqət etsək, onların etdikləri zülmlərin kökünə endikdə, kiçik şərtlərdən böyük şərtlərə qədər uzun silsiləvi yolun olduğunu görərik. Çünki, heç bir Adəm övladı ola bilməz ki, xırda-xırda zülmlər etmədən, birdən-birə gəlib böyük zülmlər etsin. Əgər o xırda zülmlər olmasaydı, indi günahsız insanlara qan uddurmağı rəva bilməzdi, körpələri ata və ana nəvazişindən məhrum etməzdi, Allah evlərini söküb sonrada bir daş parçası kimi dənizə atmazdı və s.

Bu günlərdə bir hadisənin canlı şahidi oldum. Və düşündüm ki, bu məsələ də praktiki önəm daşıyır. Bəlkə də bu adi, sıradan bir hadisədi. Amma sabahısı günü bu məsələ böyük məsələ kimi təzahür tapa bilər.

Anası səkkiz-doqquz yaşlı uşağı iş dalınca göndərmək istəyirdi. Amma uşaq kompüter qabağında olduğundan, bu işi görmək istəmədiyini bildirdi. Cavabında anası dedi:

- Əgər bu işi görsən, bu gün gəzintiyə çıxacağıq.

Uşaq da səhərdən boyun qaçırtdığı işi şərt müqbilində görməyə razı oldu. Düzdür, bu məmləkətin insanı üçün burada heç bir qeyri-adi məsələ yoxdur. Çünki bu məsələ bizim məmləkətdə fövqəl çox yayıldığından, çoxlarımıza adi görünür. Xüsusən də, bu kiçik yaşlarda olduqda, bu kimi şərtlərin yaranması silsiləvi hal alır. Yəni, bu hal üç-dörd yaşlı uşaqlarda daha çox rast gəlinir. Çünki uşaq demək olar ki, hər saatdan bir nadinclik edir.

Çox təəssüflər olsun ki, vaildeynlər hər zaman uşağı nadincliyini aradan götürmək üçün birinci çıxış yolu kimi məhz şərtə əl atırlar. Bu da yazının əvvəlində dediyim kimi, uşaqda çox dərin psixoloji zədələrə yol açır. Və sonralar müalicə olunmayan yaralara səbəb olur.

Allah bizlərə heç bir zaman şərtlə iş görməməyi və gördürməməyi nəsib etsin. Amin!
Müntəzir,
“Dəyərlər”in oxucusu, 16 yaş

понедельник, 10 мая 2010 г.

162 QRAMIN CAVABINI VERƏ BİLƏCƏKSİNİZMİ?


Bu günlərdə internet məkanından bir xəbər diqqətimi cəlb etdi। O da bundan ibarətdir ki, İslandiyadan başlanğıc götürərək, bütün Avropanı cənginə alan, aviauçuşlara 1,7 milyard ziyan vuran və dünyanın ana damarı olan ticarət yollarını iflic edən vulkanın külü, İslandiyada bir suvenir qablarda satışa çıxardılıb। Öz-özlüyündə burada qeyri-adi bir şey yoxdur। İnsanı heyrətə gətirən məsələ - dünyada söz sahibi olmaq istəyən bir adamın həmin suvenirə 162 qramlıq külə 38 min dollar pul verməsidir. “Görəsən 162 qramın cavabını verə biləcəksinizmi” deyəndə, bunu nəzərdə tuturdum.Yəni, bir tüstüyə, dumana, toza ki, bu qədər sərmayə ayırırsınız, onda niyə sizinlə eyni kimlikdə olan milyard yarımlıq ümmətə heç su damlası ağırlığında diqqət yetirmirsiniz?!Niyə sizinlə eyni kimlikdə olan insanlar hər gün qırılır, darmadağın edilir, didərgin salınır – amma onlara zərrədək can yandırmırsınız?!Görəsən bilmirsiniz ki, 38 min dollar verib, bir tüstü alanda onun yerinə 38 ailənin və yaxud da ondan çoxunun bir neçə aylıq yeməklə təmin edə bilər? Düzdür, onun üçün 38 min dollar - ümmandan heç bir damla da deyil. Amma İslam torpaqlarında qırılan ümmət üçün böyük məbləğdir. Yəmən, Qəzza və digər islam ölkələri hər gün zülm içində min bir əziyyətlə üzləşirlər. Evinə yemək gətirmək üçün çıxan ata bilmir bu gün evinə sağ-salamat qayıdacaq, yoxsa ki, qayıtmayacaq. Çünki, zalım düşmən hər an hərəkətə keçə bilər. Bəziləri gündüzlər bayıra çıxa bilmədiyindən, gecə yuxusuz şəkildə evinə bir tikə yemək gətirmək üçün çıxan bir zamanda, elələri də tapılır ki, aldıqları vulkan tozu kimi, vücudları da tozlanır. Amma onlar yenə də özlərinin israfçılığını bir şərəf kimi qələmə verirlər.Evə çörək gətirmək üçün çıxan insanlardan biri də qəzzalı Abbasın atasıdı. O da məzlum Qəzza xalqı ilə birgə gecə vaxtı işləməyə gedirdi. Evdən çıxmazdan əvvəl Abbasın bacısı Rüqəyyə, atası ilə görüşməyə gəldi. Atası dörd yaşlı Rüqəyyəsini alnından, üzündən, gözündən öpdükdən sonra Rüqəyyə sevincli şəkildə atasına dedi:- Atacan bu gün özünü işdə çox yorma və çalış evə tez gələsən, çünki sabah qardaşım Abbasın ad günüdür və biz…deyərək, bir az duruxandan sonra atasının qulağına yaxınlaşıb, səhər birgə hədiyyə alacaqlarını onun yadına saldı. Rüqəyyənin atası gülümsəyərək, yavaş səslə dedi:- Çox sağ ol ki, yadıma saldın. Baş üstə, qızım. Allah izin versə, xahişini yerinə yetirərəm. Amma indi getməliyəm ki, sənin xahişini yerinə yetirim.Bunu deyib, Abbasın atası iş ləvazımatlarını götürüb getdi. Yenicə işə başlanmışdılar ki, sionist hərbçilərinin açdıqları atəş səsləri gəlməyə başladı. Abbasın atası ətrafındakı qonşuların bir-bir gözünün qabağında yaralanaraq, yerə yıxıldaqlırını görürdü, amma bunun qarşısını heç nə ilə ala bilmirdi. Və bu gücsüzlük onun iliynə işləyir, qəhər onu oğurdu…Bu zaman qardaşı Əli əminin də yaralandığını gördü. Vaxt itirmədən o tərəfə qaçmağa başladı. Bu zaman qolundan yara aldı. Bir anlığa qoluna baxaraq, balası Rüqəyyəni bu qolu ilə qucağladığı anlar yadına düşdü. Onunla əl-ələ verib sabah qardaşı üçün hədiyyə alacağı an gözünün qabağına gətirdi. Sonra isə yenə də əziz qardaşının yanına qaçmağa davam elədi. Bu zaman zalım düşmən onun sağ ayağını güllə ilə yaraladı. Bu zaman isə oğlu Abbası bu ayaqların üstünə qoyub, beşik kimi yırgalayaraq, yatızdırdığı günlər yadına düşdü. Abbasın atası yerə yıxılaraq torpağın üzərində sürünə-sürünə, qardaşına yaxınlaşmağa başladı.Bu zaman qızı Rüqəyyəyə verdiyi söz yadına düşdü. Çox məyus oldu. Çünki, qızına verdiyi sözü həmişə yerinə yetirərdi. Amma indi isə o yerinə yetirə bilməyəcəkdi. Çünki, düşmən artıq tanklarla dinc əhalinin üzərinə gəlirdi. Və bir qrup da sionist əsgəri Qəzzanın sərhədini keçərək, tankın arxasınca gəlirdi. Onların missiyası – tankın qabağından qaçan camaatı güllələmək idi. Onda Abbasın atası bütün gücünü toplayıb, ayağa qalxdı. Yaralı-yaralı, məyus, yorğun, amma böyük əzmkarlıq və şücaətlə qardaşına tərəf addımlamağa başladı. Bu zaman israil rejiminin bir əsgəri onun qarşısını kəsdi. Abbasın atasına əllərini qaldırıb, onun qabağında diz çökməyi əmr etdi. Abbasın atası israil rejiminin əsgərinə baxaraq gülümsəndi və dedi:- Mənim bədənimi güllə ilə dərmə-deşik etsəniz də, sizin qarşınızda izzətimi əldən vermərəm.Sonra isə yoluna davam etdi. Hirsindən əlləri əsən sionist əsgəri, əlindəki avtomatın qundağı ilə onun baş nahiyəsindən vurdu. Və yerə yıxalan Abbasın atasının sinəsinə avtomatın lüləsini dirədi. Abbasın atası başa düşdü ki, şəhadət məqamı yetişib. Və sionist əsgərinin tətiyi çəkməsindən bir an öncə, sonsuz inam və vüqarla dedi:- Allahım, Zamanə Sahibi (ə.f) olan ağama bu xidmətimizi qəbul et. Ailəmi və övladlarımı Sənə əmanət edirəm, İlahi!Ardınca kəlmeyi-şəhadətini demişi ki, köksünə doldurulan güllələr onu şəhidlik mərtəbəsinə yüksəltdi.Bu zaman pəncərə qırağında həyacanla atasının yolunu gözləyən Rüqəyyə, sabahın planını cızırdı. Qardaşı üçün nə alacağını fikirləşirdi. Amma o, bilmirdi ki, atası artıq şəhidlik məqamına yüksəlib. O, bilmirdi ki, evin sabahkı qonaqlar üçün bəzədilmiş yeri sabah qara rəngə bürünəcək. Rəngbərəng şarların, bəzəklərin yerini qara matəm rəmzi olan örtük örtəcək. Gecədən süfrə üçün hazırlanmış ləvazımatlar sabah matəm üçün işlədiləcək…Birdən qapı səsi gəldi. Rüqəyyə sevincli halda evin bir küncündə gizləndi. Anası Leyla xanıma dedi:- Atama harada olduğumu xahiş edirəm demə.Anası gülümsəyərək, razılıq verdi. Qapını açanda, qonşuları Zaman əmini gördü. O, məyus və yaralı halda Rüqəyyəgilin qapısında durmuşdu. Güclə sözləri tələffüz edərək, Rüqəyyənin əmisinin və atasının şəhid olduğunu qəmli halda bildirdi. Bu zaman Rüqəyyə ağlayaraq pərdənin arxasından çıxdı və dedi:- Axı, biz sabah onda atam ilə birlikdə qardaşım Abbasa hədiyə almayacağıq?!Anası ona “xeyr” dedikdə, Rüqəyyə ağlayaraq dedi:- Axı Abbasın sabah bu evdə, bu dünyada birinci ad günüdü. Çünki sabah Abbasın bir yaşı olur. Biz sabah atamla hədiyyə alacaqdıq. Amma indi o artıq mənimlə deyil. Artıq atam məni qucağına alıb üzümdən, gözümdən öpməyəcək. Artıq atam işdən gələnə kimi pəncərədən boylanıb onun yolunu gözləməyəcəyəm. Artıq işdən yorğun gələndə onun üstünə qaça bilməyəcəm. Artıq ata evə gələndə evin bir küncündə gizlənə bilməyəcəyəm. Artıq gözüm onu görənə qədər yollarda qalacaq.Bu zaman balaca Abbas yuxudan oyandı və ağlamağa başladı. Rüqqəyə və anası Abbası sakitləşdirməyə başladılar.Aralarında bəlkə də ən az ağrı çəkən, amma böyüyəndə ata nəvazişindən uzaq olduğuna görə böyük ağrılar çəkəcək Abbas, indi oyandı. Böyüyəndə atanın olmasının nə boyda nemət olacağını anlamayan Abbas, indi oyandı.Bu, sadəcə Qəzza xalqının bir ailəsinin başına gələn hadisədir. Amma bu kimi hadisələr bir çox islam məmləkətlərində hər gün yaşanmaqdadır. 38 min dollar ona verincə, məzlum islam torpaqlarının nümayəndəsi olan yəmənli Rübaba, qəzzalı Abbasa, əfqanıstanlı Hüseynə, iraqlı Leylaya, bosniyalı Əhmədə, kəşmirli Əsədə, livanlı Fatiməyə, şuşalı Cavidə və neçə-neçə digər bölgələrin günahsız körpələrinə vəqf edə bilərdi. Ölkələrin üşaqlarının, qocalarının, məzlumlarının firavan yaşaması üçün xərclənsəydi, bəlkə də ürəklərinin bağlanmamış yaraları az da olsa köz bağlayardı. “Dünyanın harasındasa güllə səsi eşidilirsə, orada müsəlman bacı və qardaşlarımız yaşayır”.Allah Təala bütün islam torpaqlarını hürr və azadə qərar versin. Amin.

Müntəzir,

“Dəyərlər”in oxucusu, 16 yaş

воскресенье, 9 мая 2010 г.

CANLI QALXAN OLAN BACI-QARDAŞLARIM...


Salam olsun canlı qalxan kimi öz canlarından keçən bacı və qardaşlarıma...Qəzza müsübəti başlayandan qurtarana qədər, sionist cəlladlarının yeni-yeni oyunları üzə çıxmaqdadır। Azadlıq naminə hüquqlarına, izzətlərinə, şəxsiyyətlərinə görə qırılan Qəzza xalqı, həmdərdləri və həmməsləkləri olan yəmənli bacı və qardaşları ilə hər gün eyni yaralar almaqdadırlar।Bu günlərdə sionist cəlladları yenə Qəzza bölgəsində dinc əhaliyə qarşı zülmlərə başlayıblar. Buna görə də Qəzza xalqının evləri, məktəbləri, məscidləri, hətta maşın və piyada yolları darmadağın edilib. Buna görə də bütün Qəzza xalqı qum dənələri kimi küçələrə səpələniblər. Çarəsiz Qəzza xalqının bir qismi öz şəhid körpələrini basdırmaq üçün qəbiristanlıqda növbə gözləyir. Bəziləri əlinə su və süpürgə alıb darmadağın edilmiş küçələdən axan qanları yuyurlar. Bəziləri də əsir götürülmüş əziz qohum və qonşularının yolunu gözləyirlər.Və getdikcə Qəzzada gecə düşürdü. Hər yerdə ağlamaq səsləri eşidilir, yaralıların inilti səsləri hər yeri bürüyürdü. Qəzza xalqı gecəni harada keçirəcəkləri haqda fikirləşirdilər.Bəziləri deyirdi:- Bəlkə bu gecəni üç ay bundan qabaq bizim üçün göndərilən çadırlarda keçirək?Bu zaman Qasım əmi dedi:- Bəs gərək bir yer tapaq ki, bu məzlum xalqı ora topalaya bilək. Amma belə yer yoxdur. Çünki maşın yollarını belə bombalayıblar.Və bu zaman yer axtarmaq üçün gedən Salman əmi uzaqdan gələrək Qəzza xalqına üzünü tutub dedi:- Qabaqda bir yer var, amma ora da palçıqdır. Mən təklif edirəm ki, axtarışa davam edək.Artıq gecə düşmüşdü. Qəzza xalqı çarəsiz halda o palçıqlı yerdə çadır salmağa başlamışdı. Çünki salamat yer yox idi. Bu zaman zalım düşmənin hücum səsləri uzaqdan eşidilməyə başladı. Məzlum Qəzza xalqı silahsız halda, əllərinə darmadağın edilmiş evlərdən olan daş parçalarını götürüb, işğalçıların üzərinə atmağa başladılar. Bu vaxt Qasım əmi gözləri üç yaşlı oğlu Əliəsğəri axtarırdı. Zalım düşmən getdikcə Qəzza xalqının məskunlaşdığı palçıqlı yerə yaxınlaşırdı. Qasım əmi isə oğlunu zalım düşmənlərin arasında axtarırdı. Bu zaman uşağı sionist cəlladlarının əsgərlərindən birinin əlində gördü. Və zalım düşmən özünü qorumaq məqsədi ilə oğlunu canlı qalxan kimi daşların qarşısına tutduğunun şahidi oldu. Gözündən yaşlar süzülə- süzülə oğluna tərəf qaçdı. Oğluna tərəf qaçmağa başlayanda, sionist cəlladlarının mərmisinə tuş gəldi. Bundan sonra Qasım əmi oğlunun artıq şəhid olduğunu və hər tərəfinin daş parçalarının izindən qana bulandığını gördü. Və Qasım əmi şəhidlik mərtəbəsinə ucaldı…Gecəni mərmi tuşuna tutulmuş çadırlarda keçirən Qəzza xalqı səhəri diri gözlə açdı. Və alınan pis xəbər onların qəmini bir azda çoxaltdı... Bu da bundan ibarət idi ki, Yəmən xalqının evləri, məscidləri, məktəbləri bu səhər darmadağın edilmişdi. Yəmən xalqı çox sayda şəhid verdiyini və tibb ocaqlarının partladıldığı üçün işləmədiyindən, yaralıların da şəhid olduğunu eşitdilər. Qəzza xalqı çarəsiz halda mərmilənmiş çadırları yığmağa başladılar.Evlərindən didərgin düşən Qəzza xalqı yemək axtarmağa çıxdı. Yemək axtaranların içində iki qardaş: Abdullah və Hikmət də var idi. Sionistləri yanından keçəndə sökük bir çörək bişirən yer gördülər. Və çörəyin iyi onların burunlarına dəydi. İki qardaş xalqının bu gün ac qalmayacaqları üçün sevinərək oraya tərəf qaçdılar. Oraya çatdıqda, Əli əmi gözü yaşlı halda onları qarşıladı. Iki qardaş heç gəlməklərinin səbəbini belə demədən, Əli əmi bu səhər bişirdikləri çörəklərin hamısını onlara verdi. Abdullah və Hikmət sevincli halda məzlum xalqının yanına qayıtmağa başladılar. Bu zaman sionist cəlladlarının iki əsgəri onların qabağını kəsdi. Sonra heç onlara bir addım atmağa macal vermədən, əllərindəki çörəkləri onlardan aldılar. Bu zaman Abdullah və Hikmət özlərini müdafiə məqsədi ilə əllərinə daş parçası alıb onlara vurdular. Və sionist cəlladları yerə yıxıldılar. Bundan sonra qardaşlar haqları olan mallarını alıb oradan uzaqlaşdılar.Səhərki hadisəyə görə düşmən günorta vaxtı Qəzza xalqının üzərinə yeridi. Və tank və mərmilərlə onları atəşə tutdular. Qəzza xalqı o gün 123 şəhid və 56 yaralı verdi. Bu şəhidlər içində İntizar ananın oğlu Qüdrət də var idi. Intizar ana şəhidlərin içində oğlunu axtarırdı. Oğlunun məscidin pilləkanlarından yerə sərilmiş vəziyyətdə gördükdə dedi:- Allahım, bu qurbanı bizdən qəbul et!Sonra İntizar ana sözünə davam edərək dedi:- Ağam, görürsən, başımıza nə qədər zülm gətirdilər. Görürsən nə qədər ölüm üz verdi bizə. Yetiş artıq biz qırılırıq, yara alırıq, ac qalırıq, uşaqlarımızı canlı qalxan kimi öz məqsədləri üçün istifadə edirlər. Yetiş Ağam, körpələr səni gözləyir.Bu sözlərdən sönra İntizar ana da çarəsiz halda qəbiristanlıqda növbə tutmağa başladı...Bu hekayə sadəcə Qəzza və Yəmən xalqının iki günlük yaşadığı həyatdan xəbər verir. Amma bu müsübətlər müsəlman xalqının başına illərdir gətiriliir. Və çox maraqlıdır ki, bu zülmlər müsəlmanlara deyil, ayrı bir millətə edilsəydi onda da dünya susacaqdımı?Yəqin ki, yox.Bu haqsızlıq deyilmi?Allahım, İmamın (ə.f.) zühurunu təcil et! Amin.

Müntəzir,

“Dəyərlər”in oxucusu, 16 yaş

HAQSIZLIĞA DÖZMƏYƏN ABŞ ƏSGƏRLƏRİ




Bu günlərdə ABŞ əsgərlərinin etiraf dolu açıqlamaları insanların qəlblərində ağır yaralar qoydu। İnsan bunlara qulaq asdıqda, İraq və Əfqanıstan kimi ölkələrin məzlumiyyəti daha açıq-aydın bəlli olur. ABŞ əsgərlərinin özlərinin dedikləri misallardan bir neçə acınacaqlı məqamları misal göstərmək olar. Və bu açıqlamalara diqqət yetirdikdə, İslam torpaqlarında baş verən hadisələrlə üst-üstə düşdüyünü görərik.ABŞ əsgərinin sözlərinə görə, İraq və Əfqanıstan xalqı gündüz düşmən gülləsinə tuş gəlməmək üçün gecə vaxtı traktoru işlədərək əkinçiliklə məşqul olurlar. Amma buna baxmayaraq, ABŞ əsgərlərinin onlara gecə vaxtı atəş açdıqlarını etiraf edirlər. Və neçə-neçə körpələrin ac qalmaslna səbəb olurlar.Burada bir incə məqama diqqət yetirmək istərdim. O da bundan ibarətdi ki, eyni zülmlərlə qarşılaşan və güya dırnaqarası “atəşkəs” əmri verilən bizim başıbəlalı məmləkətin erməni caniləri ilə sərhəddə olan rayonlarında eynilə islam torpaqlarında olduğu kimi, gündüz düşmən gülləsinə daha rahat tuş gəlməmək üçün, gecə yatmayaraq evinə bir tikə yemək gətirmək üçün işə çıxan və evə qayıtmayan nə çox vətəndaşımız var! Bu faktların kütləvi olduğu isə hələ də bu ört-bastır edilir.ABŞ əsgərlərinin etirafları bununla qurtarmır. Onlar insanı heyrətə gətirən misallarına davam edirlər. Bunlardan biri də özlərinin də boynuna aldığı kimi uşaqları canlı qalxan kimi istifadə etməkləridir. Bunun üçün uşaqlara şokalad verərək onları himayəsi altında saxlayırlar. Bu yolla onlara hücum etmək istəyən xalqın qarşısını alırlar. Çünki orada olan canlı qalxanlar İraq xalqının öz övladlarıdırlar. Bu da bir neçə gün bundan qabaq Qəzza xalqına qarşı edilən hücumlarda Qəzza xalqının körpə uşaqlarının başəna gətirilənlərlə həmahəngdir. Belə ki, bu cocuqları əsir götürüb və yaxud da canlı qalxan kimi istifadə üçün götürülən və bir çoxunu döyüşlərdə və bir qismini də daxili orqanların oğurlanması kimi öz irənc məqsədləri üçün istifadə etdiklərini mətbuat kifayət qədər işıqlandırıb.Və ən maraqlı olan da budur ki. ABŞ əsgərləri xalqın onlara tərəf gəldiyini və yaxud da heç gəlmədiyini, sadəcə əlində silah tutduğunu görəndə qorxularından həmin insanları hədəfə alaraq onu öldürürlər. Bunları da ABŞ əsgərləri deyir.Onlar deyir ki, biz bir gün bizə tərəf gələn bir insanın əlində dolu bir zəmbil gördük. Və biz ona atəş açaraq onu parça-parça etdik. Sonradan məlum oldu ki, həmin zəmbilin içi meyvəylə dolu idi. Və ən maraqlısı da odur ki, həmin insan o zənbili ABŞ cəlladlarına gətirirmiş. Bu, bir daha sübut edir ki, ABŞ, İsrail rejimi, Ermənistan və digər cəlladlar araşdırmağı əlavə iş bilib, insanları qırırlar. Və ABŞ əsgərlərinin heç xəbəri belə olmadan, onlara verilən qəddar əmrləri yerinə yetirmək məcburiyətində qalırlar. Çünki əks təqdirdə onları ağır cəza gözləyir. Fərarilikdə ittiham oluna bilərlər.Və bunlar - sadəcə bir neçə ABŞ əsgərlərinin söylədikləridir. Buradan belə nəticə çıxır ki, gör hələ nə qədər işgəncələr və zülmlərin üstü bağlıdır. ABŞ dövləti gör necə zülmlər edib ki, hətta ABŞ əsgərlərinin yatmış, paslanmış vicdanları oyanıb və oyanmaqdadır.Söhbət dünyanın öndə gələn ölkələrindən gedir. Söhbət mədəniyyətdən anlayışı olamayan bir millətdən getmir. Söhbət, yeri gəldikdə, heç bir iş görməyən, amma lazım olmadıqda öz texnikasına, hərbi sursatına, texnologiyalarına güvənən dövlətdən gedir.Allah İmam Zaman ağanın (ə.f) zühürünü tezləşdirsin. Amin!

Müntəzir,

“Dəyərlər”in oxucusu, 16 yaş

KÖYNƏK SİNDROMUNDAN AYAQQABI SİNDROMUNA KEÇİD


Bu günlərdə bizə yenə adi görünən, amma əslində çox önəm verilməli hadisə baş verdi। O da bundan ibarətdir ki, ABŞ-da yerləşən idman ayyaqqabıları istehsal edən zavodlardan biri üzərində əziz dinimizin əsas sütunları olan tövhid və nübuvət şəhadətləri əks olunmuş ayyaqqabılar istehsal etmişdir। Ayaqqabının üzərində ərəb dilində yazılmış mübarək kəlmələrə biz müsəlmanlar yenə də adi və xırda məsələ kimi yanaşıb, biganə qaldıq. Bu bizə adi görünən məsələlər, üst-üstə yığılaraq böyük məsələlərə yol açır. Yəni, dinimizin bayraqları olan hicaba, Qurana, məscidə, azana əl uzadacaq qədər zalımları cəsarətləndirir.Başqa vaxt ABŞ dövləti öz sipirtli içkiləri ilə, hərbi sursatları ilə dünyaya meydan oxumağa hazırdır. Amma görəsən İraq və Əfqanıstan kimi ölkələrdə törətdikləri vəhşiliklərə, körpələrin tökülən qanlarına nə vaxt cavab verəcəkdir?Çünki, demək olar ki, hər gün islam dininə qarşı yeni-yeni cinayətlər etməyə hazır olan ABŞ hərbçiləri və onun əlaltıları olan cəlladlar təkcə fiziki deyil, həm də mənəvi cinayətlər etməkdən çəkinmirlər. Bir gün İslam Peyğəmbərinə (s) yönəli təhqiramiz rəsmləri dərc edirlər, bir gün onun mübarək adı yazılmış idman ayyaqqabısını bıraxaraq islam dininə qarşı mənəvi cinayətlər etməkdədirlər. ABŞ dövlətinin və onun timsalında bütün qondarma rejimlərin etdikləri bununla da bitmir. Onlar mənəvi cinayətlər etmələri bəs deyilmiş kimi, fiziki ciayətlər etməkdən belə çəkinmirlər.Lal şeytanlar susduqca, çağdaş dünyada belə Fələstini, İraqı, Yəməni, Əfqanıstanı, Qəzzanı, Kəşmiri və digər İslam torpaqlarının zəbt edirlər. Və oradakı insanları öz yurd və yuvalarından didərgin salırlar. Necə ki, bir vaxtlar bu məmləkətdə lal şeytanların fəaliyyəti nəticəsində Xocalı və 20 Yanvar kimi yaralar açılmışdır. Və indiyə qədər bağlanmaq əvəzinə, hər gün közü dağıdılmaqdadır. Və dövr dəyişsə də, zülmlər dəyişməyərək Qəzzanı, Yəməni, İraqı, Əfqanıstanı cənginə alıb.Bu yerdə yadıma dünyaca məşhur olan və dünyada rəğbətlə qarşılanan “Avatar” kinosu düşdü. Çünki, o kinoda təbii sərvətləri qəsb etmək üçün “Pandora” xalqına qarşı edilən zülmlər, bu gün kino fıraqmentləri olmayıb, gerçək dünyada islam torpaqlarına qarşı edilir.Bu günlərdə İslandiyada püskürən vulkan, Avropanı müəyyən müddətə iflic etdi, iqtisadiyyata 1,7 milyard dollar ziyan vurdu. Dünyanın iqtisadi baxımdan ən qüdrətli ölkələri hamılıqla yığışıb, bir şey edə bilmədilər. Halbuki, bu adi bir təbii fəlakətdir. Və buna belə dözümləri olmayan ölkələr, illərdir ki, islam torpaqlarının başına olmazın müsibətlər gətirir, fosfor bombalarınadək başlarına yağdrırlar. İçkidən gələn pullarla alınan hərbi sursatla milləti didərgin salırlar. Bunlara dünya səsini çıxartmır, səsini çıxardanı da düşmən elan edib, başına min bir oyun gətirirlər. Amma cəmi üç-dörd günlük fəlakətə bütün media, telekanallar, internet məkanındakı veb saytlar və radio fm-lər təşvişə düşərək, dünyanı xəbərdar edirlər.Burada bir incə məqam da var ki, o da bundan ibarətdi ki, ayrı vaxt texnikasına, hərbi sursatına güvənən ölkələr, adi fəlakət qarşısında aciz qalıblar. Amma lazım olmayanda, bir gün dünyanın başını köynək sindromu ilə, bir gün ayaqqabı sindromu ilə qatırlar.Görəsən Qiyamətdə zalımlar hansı texnika ilə çıxış edəcəklər?

Müntəzir,

“Dəyərlər”in oxucusu, 16 yaş

GÖRƏSƏN KÖYNƏKLƏR UTANIRLARMI?


Bu günlərdə maraqlı bir fikir zehnimi düşündürdü. Öz- özümə filirləşdim: görəsən köynəklər öz üzərlərindəki yazılardan razıdırlarmı?

Çünki geyim ləvazimatı kimi istifadə olunan köynəklər, çağdaş dünyamızda dünya və ölkə mətbuatlarını ayağa qaldıracaq qədər önəmlidir. Və ən yaxşı vasitələrdən biri olduğunun artıq bir neçə dəfə şahidi olmuşuq. Bundan başqa, görəsən köynəklər dostlarının yanında biz insanlardan fərqli olaraq sahiblərinin yerinə utanırlarmı? deyə fikirləşirdim ki, birdən keçmişdəki hadisələr yadıma düşdü. Köynəklərin üzərlərində bir vaxtlar olub ki, əziz İslam dinimizə qarşı süarlar, kalikaturalar, İslam dininə heç aidiyyəti olmayan nalayiq sözlər, təhqirlər bütün dünyanı bürümüşdü. Bir vaxt olub və günümüzdə də rast gəlinən elə köynəklər vardır ki, üzərlərində israil rejiminin və işğalçı qüvvələrin əsgərlərinin və texnikalarının reklamını edən şəkillər həkk olunub. Və müsəlman torpaqlarında işğal törədənlərin buraxdığı ərzaqların və içkilərin reklamını edən köynəklər də günümüzdə vardır. Və hələ bu köynəklər adi hal kimi qarşılanmaqdadır. Halbuki, o içkilər sonradan öz hərbi sursatını gücləndirəcək qədər gəlir gətirir. Və həmin gəlirlə məzlum İslam torpaqlarını talan edib insanlarını qırırlar. Və bu hərbi sursatların israil rejimi kimi rejimlərin istifadəsi ilə Fələstini, Qəzzanı, Kəşmiri qırdığını gündən-günə şahidi olmaqdayıq. Və ABŞ dölətinin özüdə də İraq, Əfqanıstan və digər islam torpaqlarının illərdir qırıb və qırmaqdadır. Və görəsən bu qədər insanın qırılmasına səbəb olan köynəklər bizdən fərqli olaraq utanırlarmı?

Yoxsa ki, bizim kimi bu məsələlərə biganə yanaşırlar?

Çünki, biz insanlar bir gün ölkənin aparıcı telekanallarında aparıcının üzərində ki, köynəyin üzərində “əgər çox istəyirsənsə, sadəcə f... ol ” deyə ingilis dilində bir yazıya adi bir şey kimi vərdiş edirik. Aparıcının ingilis dilindəki bu şüarına tamaşaçıların ingilis dilini bilənlərinin iradına məruz qalandan sonra köynəyi dəyişir və sonrada gəlib Molla Nəsrəddinin misalını çəkərək orada oturanları bir daha təhqir edir və onları susdurmaq üçün uzunqulağı boynuna mindirmək lazım olduğunu bildirir. Lakin cəmiyyət bu boyda biabırçılığa biganə yanaşır.

Amma elə köynəklər də vardır ki, insanlara həqiqəti çatdıracaq qədər önəmli şüarlar gəzdirir. Bu məzlum Qəzza, Kəşmir, İraq, Əfqanıstan, Yəmən və başqa İslam torpaqlarının məzlumiyyətindən danışır.

Bu məsələlər əgər adi qarşılanırsa, onda o məmləkətin məscidləri də söküləcək, müsəlmanları təqib də ediləcək. Necə ki, sökürlür və təqib edilir.

Və bunlar hamısı lal şeytanların susması və dəstəyi nəticəsində yenə də baş verməkdədir. Çünki lal şeytanlar olmasa fəal şeytanlar cürət edib bu qədər kalikaturalar, terrorlar, işgəncələr etməzlər.

Allah bizlərə lal şeytan olmamağı nəsib eləsin. Amin!

Müntəzir,
“Dəyərlər”in oxucusu, 16 yaş

ANACAN, DƏYƏRLƏR SÖZDƏ FƏRQLƏNSƏ DƏ, ZÜLMLƏR FƏRQLƏNMİR...



Anacan, dəyərlər zahirən fərqlənsə də, 21-ci əsirdə zülmlərin mahiyyəti, hədəfi, məqsədi dəyişməz qalmaqdadır. Bütün dünyada söz sahibi olan ərəb şeyxləri, bir neçə ay bundan qabaq bir araya gəlmişdilər. Orada qəzzalı və yəmənli bacı- qardaşlarımız üçün xeyriyyə tədbiri keçirilmişdir. Həmin xeyriyyə tədbirlərini düzənləməyi qərara alan ərəb şeyxləri, “cəsarət” göstərib sadəcə 500 milyon dollar pul ayrılmağa qərar vermişdilər. Bəli, bu, bizim üçün – milyard yarımlıq ümmətin əksəriyyəti üçün - çox böyük məbləğdir, nəhəng məbləğdir. Amma ümmətin 1 faizi üçün, o cümlədən, ərəb şeyxləri ki, dünyada söz sahibidirlər, dünyanın ən bahalı ölkələrində yaşayırlar – onlar üçün ümmanda bir damcı kimidir. Və bu məkanlara misal olaraq, Dubay şəhərini göstərmək olar. Bu şəhərdə çox maraqlı faktlar üzə çıxmaqdadır. Dubay şəhərində bir palma ağacına qulluq üçün ildə 2000 dollar xərclənir. Və palmalara qulluğa görə ümumən ildə 40 milyona çatacaq məbləği ayırmaqdan çəkinməyən Dubay şeyxləri üçün 500 milyon nədir – aydın olur. Bəli, kənardan nəhəng görünən bu məbləğ, onların misilsiz israfı fonunda çox nisbi görünür. Və hətta bu işdə də çoxları qətiyyən iştirak etməmişdi. Sutkası 5-10 min dollar olan hotel sahibləri, qızıldan əlüzyuyanları, qiymətli daş-qaşlarla bəzənmiş telefonları olan ən müasir saray sahibləri, Qəzza və Yəmən xalqına zərrə qədər də pul ayırmamışdılar.

Anacan, bu günlərdə bir başqa xəbər də gəldi. Bakıda yaşayan yetimlərinin növbəti ibadətgahını uçururlar. Yeri gəlmişkən, bu şəhərin meri artıq məscid söküntüsü barədə iddialar qaldırmaqda “dünya çempionu” olmuşdur. 2001-ci ildə “Mir Tağı ağa” məscidinin və “Şəhidlər” camesinin dəstəmazxanasının yerlə yeksan edilməsinin baiskarı olan bu mer, sonradan bu iddiaları “konveyer”ə qoydu. Və hətta Peyğəmbərimizin (s) adına olan məscidin dağıdılması barədə qərarın qanuni qüvvəyə minməsini gözləmədən, buldozerəri işə saldılar.

İndi də qara buludlar sənin nurlu adını daşıyan məscidin üstünü alıb. Yeni Günəşlidəki “Fatiməyi-Zəhra (s.ə.)” məscidi ətrafında 1 ildir ki, məhkəmələr gedir. Ali Məhkəmə sökmə barədə əvvəlki qərarı qüvvədə saxlamaqla, prioritetlər barədə bütün sualları “cavablandırdı”. Bu qədər inanclının müraciətlərinə heç bir məhəl qoymadılar. Müsəlmanların hüquqlarına hörmətin onlar üçün heç bir prioritet təşkil etmədiyini açıqca göstərdilər.

Amma burada hamıya münasibət belə deyil. Bu yaxınlarda Qarabağı işğal etmişlərin mənəvi havadarı olan Qaregin Bakıya gəlmişdi. Hörmət-izzətlə qarşıladılar, səliqə-sahmanda saxlanılan kilsəyə apardılar və s.

Bundan öncə oxşar vəziyyət yəhudi icması ilə bağlı yaşanmışdı. Həmin mer bir küçəni sərasər yerlə yeksan edir, nəsə bir park düzəltmək istəyir. Həmin məhəllədə yaşayanlara uçurulan evlərinin müqabilində qəpik-quruş verirlər. Amma təsadüfən merin buldozerinin yolunun üstünə bir sinaqoq düşdü. Yəhudi icması 1-2 saytda yüngülvari səs-küy saldı, dərhal onları arxayın etdilər ki, bunun əvəzində bir möhtəşəm sinaqoq inşa edəcəklər onlar üçün. Özü də dövlətin hesabına. Özü də yəhudi icması xahiş etmədi, tələb etdi. Amma nədənsə bu tələbkar məmurlarımızı narahat etmədi. Dərhal müsbət reaksiya verdilər.

Əlbəttə, istənilən məbədə ehtiram göstərmək yaxşı şeydir. Amma nədən belə ayrı-seşkilik?! Nədən islam məmləkətlərində sənin ümmətinin məscidlərini nəinki inşa etməyə kömək edirlər, hətta onları uçuraraq, dəyərsiz daş parçaları kimi dənizə tökürlər?!

Anacan, dəyərlər zahirdə fərqlənsə də, zülmlər fərqlənməyib. Dünyanın harasına baxırsan, müsəlmanların haqqı pozulur. Və bir vaxtlar yezidlər sənin oğlun Şəhidlər Sərvəri İmam Hüseyni (ə) və onun övladlarını qanlarına qəltan edəndə lal şeytanlar necə susurdularsa, indi də zəmanə yezidləri Əli Əsğərlərinə, Rüqəyyələrinə, Qasımlarına zülm edəndə, başlarına bomba yağdıranda dünya kirimişcə seyr edir və susur. İraqda, Əfqanıstanda hər gün azı 10 nəfər günahsız insanın qətlə yetirilməsi o qədər adiləşib ki, sadəcə statistikaya çevrilib. Maraqlısı da budur ki, dünyanın çaqdaş yezidləri lal şeytanların laqeydliyi nəticəsində öz zülmlərini rahat icra edirlər.

Anacan, dünyada zülm o qədər ərşə qalxıb ki, inanclı insanlar inkişaflarını, elm ardınca getməyi bir kənara qoyub, onlara gündəm təyin edən zalımların qarşısında mənəvi sipər yaratmaqla yalnızca məşğul ola bilirlər. İş o yerə çatıb ki, müsəlmanlar dünyada islam dininin ibtidai, bəsit məsələlərini həyata keçirməkdə belə çətinlik çəkirlər. Gündəm bir az müasir yezidlərin istədiyi kimi getmədikdə isə, öz iyrənc silsiləvi zülmlərini lava kimi püskürtməyə başlayırlar.

Əyyami-Fatimə günlərində bir şeyin şahidi oluruq ki, dəyərlər zahirən dəyişsə də, keçmiş zülmlər aradan getmir, əksinə, günbəgün yeni rənglər, çeşidlər alır!

Allahım, Yusifi-Zəhranın zühurunu təcil et! Amin.
Müntəzir,
“Dəyərlər”in oxucusu, 16 yaş