четверг, 7 октября 2010 г.

YOL QEYDLƏRİ


İsti yay gününün həftə sonu idi. Mübarək Ramazan ayına günlər qalırdı. Səhər dan yeri ağaranda, yəni saat 6-00 -da Qəbələ rayonuna yola düşdük. Yol uzun və dolama olsa da, maşınların hərəkətinə problem yaratmırdı. Çünki yollar asfalt örtüklə örtülmüşdü. Amma buna baxmayaraq, yola çıxandan sonra Qəbələyədək dayanmadan getmək adamı yorurdu. Çünki yol çox uzun idi. Bu səbəbdən bir neçə yerdə dayanmaq, yolun uzunluğunu adamın yaddan çıxardırdı.
YOL QEYDLƏRİ

Səhər vaxtı olmasına baxmayaraq yolda maşın çox idi. Üç saatlıq yoldan sonra nəhayət Qəbələ rayonuna çatdıq. Olduqca gözəl təbiəti olan Qəbələ, bir daha Azərbaycanın gözəl və füsunkar təbiətindən xəbər verirdi. Biz qaldığız yerdə öyrəndik ki, bir göl var. Və bu gölün tarixi çox qədim zamanlara təsadüf etdiyindən, siz əziz oxuyucularla bölüşməyi lazım bildim. Bu göl 1960-cı ildə xalqın su ehtiyatının az olduğundan əvvəl süni göl kimi yaradılsa da, sonradan hər tərəfi dağlarla əhatələndiyindən dağlardan gələn sularla gölün suyu çoxalıb. Və indi turistlərin istirahət guşəsinə çevrilib. Çünki göl çox dərin olduğundan və qədimdən yarandığından hər növ balığa rast gəlmək olur. Bu səbəbdən göldən turistlər və yerli əhali həm də balıq tuturlar. Bundan əlavə, gölün ən dərin yerini də öyrəndik. Çox maraqlıdır ki, bu göl 32 m dərinliyindədir. Amma dayaz yerlərivdə mövcuddur. Bundan əlavə göldə qayıqla gəzintilər də turistlər uçün fikirləşilib. Ən əsası da o idi ki, gələn qonaqların hamısı ailəvi gəlirdilər. İstirahətin ikinci günü öyrəndik ki, burada Dunak adlı bir yer də var. Və bu yerdə çay, bulaq və hər tərəfi dağla əhatələnib. Buraya səfər etdikdə gördük ki, turistlər bura axın edirlər. Qəbələ şəhərinə yollanmaq istəyirdik ki, burada bir şəlalənin də olduğunu dedilər. Lakin şəlalənin yolu çox tozanaq idi və hələ bu az imiş kimi, maşınsız azı 0,5 km də piləkənlərlə və dağa çıxdıqdan sonra şəlaləyə çatırsan. Və bu bizi çox yorduğundan şəlalənin o gözəlliyi bizim yadımzdan çıxdı. Ən azı bu qədər turist cəlb edən yerə yol çəkilsə idi, bəlkə də bu qədər əziyyət çəkilməzdi. Amma yol həm daşlıq, həm də tozanaq idi.
YOL QEYDLƏRİ
Buradan da ayrıldıqdan sonra Qəbələ şəhərinə yollandıq. Və səhərdən təbiətlə ahəng quran rayon bir anda şəhərə çevrildi. Amma burada lunaparkın olduğunu da öyrəndik. Maraqlısı budur ki, Bakı şəhərində olmayan kanat, buz meydançası burada mövcud idi. Sonra Qəbələ şəhərindən vidalaşmaq vaxtı idi. Bu səyahət qısa müddətli olsa da, təbiətin gözəlliyi bizim yorğunluğumuzu çıxardı. Və bu bir daha göstərdi ki, səfərin uzun ya qısa olması, heç fərq etməz. Qısa olsa da, səmərəli keçəndə insana çox görünür. Amma bəzən çox qalanda heç sadaladığım yerlərə insanlar gedib çıxmır. Səbəb isə bunu gətirirlər ki, hələ vaxt var. Amma müddət az olanda görməli yerləri çox rahatlıqla görürsən.
YOL QEYDLƏRİ
Amma hər zaman fikrimdə onu tuturdum ki, gərək elə şərait yaradılsın ki, hamı heç olmasa ən minimal səviyyədə istirahət edə bilsin. Bu Vətən – hamımızındır və Azərbaycanımızın füsunkar təbiətindən bəhrələnib Allaha həmd və səna etmək – hamı üçün əlçatan olmalıdır.

Mənalı həyat və gözəl istirahət diləyilə.


Müntəzir,
“Dəyərlər”in oxucusu, 17 yaş

Комментариев нет:

Отправить комментарий

Примечание. Отправлять комментарии могут только участники этого блога.