четверг, 28 октября 2010 г.

QƏZZANIN QƏRƏNFİLİ


O, Qəzzanın qərənfilidir. O, Qəzza gülüdü. Qəzzanın tüstüsünə-dumanına baxmayaraq, yaşamağa davam edir. Qərənfil qışın gəldiyini yavaş-yavaş gəldiyini hiss etməyə başlayır. Qərənfilin bir bitki kimi müxtəlif funksiyaları var. O, fotosintez edərək, kainatın ağciyərləri olaraq, havanı təmizləyir və s. funksiyaları yerinə yetirir. Amma bizim mövzumuz bundan ibarət deyil. Bizim bugünkü qəzzalı qərənfilimiz Qəzza şahidi kimi onu himayə edən insanlardan bəhs edəcək.

O, Qəzza müsübətini hələ torpağın üzərinə gövdəsini belə çıxarmadan, düşmənin mərmilərini eşitməsindən, ilk gövdəsini torpağın üzərinə çıxarmağından, ona qulluq edən beş yaşlı qəzzalı Abbası da necə itirdiyindən danışacaq. Amma indi qış gəlir və o da solacaq. O hey fikirə dalaraq, öz həyatını gözünün qabağına gətirirdi. Və bu fikirlərini yanındakı qızılgülə danışmaq istəyirdi. Qızıl gül qərənfili belə görüb dedi:

- Nə olub, qərənfil?

Qərənfil dərindən bir ah çəkib dedi:

- Eh, mənim bir anlıq gözümdən yaşadığım hadisələr keçdi. Qızılgül həyacanla dedi:

- Mənə anlada bilərsən?

Qərənfil: “Məmnuniyyətlə”, deyərək başladı başına gələnləri anlatmağa.

Dedi ki, məni bu həyətdə bu gül bağçasında əkdilər. Və mənə mütəmadi olaraq bu həyətin sahibi olan Cavid babanın nəvəsi Abbas qulluq edirdi. Abbas hey məni sulayarmış, Abbas mən yetişəndən sonra məni hələ torpağın altında olduğu vaxtlarda belə suladığını deyib. Biz həm də Abbasla sirdaş idik. Mən onu dinləyir, o isə mənə qulluq edərək, sirlərini açırdı. Babasından hər gün soruşan Abbas deyirdi:

- Baba bəlkə düzgün əkməmişik? Bəlkə torpaq yaxşı deyil? Bəlkə toxumu düzgün dərinlikdə əkməmişik? Və s. suallarla hər gün babanın üstünə gəlirdi.

Babası isə Abbasa tələsməməsini, səbirli olmasını və mütəmadi olaraq onu sulamasını deyirdi. Amma Abbas yenə də bu sualları verməyə davam edirdi. Bir gün babası dedi:

- Abbascan, biz o toxumu qurudub əkmişik. Onu yaş əkməmişik ki, bir nigaranlığımız qalsın ki, birdən toxum cücərməz. Çox dərin əkməmişik ki, birdən su ona çatmaz. Çünki onun toxumu xırda idi. Özün də gördün.

Abbas babasına dedi:

- Baba, məgər toxum böyük olsa idi, dərin əkərdik?

Babası gülümsəyərək dedi:

- Bəli, mənim əziz nəvəm, əgər toxum böyük olsa idi, onu bir qədər dərin əkəcəkdik. Çünki toxum nə qədər böyük olsa, toxum lazım olan qida maddələri ilə o qədər dolu olar, bol olar. Və dərin olduqda kökünü, gövdəsini, yarpağını yaxşı inkişaf etdirib, gövdəsini torpağa çıxardar. Amma qərənfilin toxumu kiçik idi. Ona görə onu dayaz əkdik ki, o, öz gövdəsini torpağın üzərinə çıxarda bilsin.

Abbas dedi:

- Bəs toxum nəyi gözləyir? Çıxsın da torpağa! Onu dayaz əkmişik axı. 

Babası yenə də gülümsəyərək dedi:

- Yox, əziz nəvəm, gərək əvvəl toxum torpağın altında öz kökünü çıxarsın və torpağın dərinliklərinə doğru yol alsın. Sonra isə torpağa tam bərkiyəndən sonra gövdəsini toxumdan çıxardaraq, torpağın üst hissəsinə doğru hərəkətə başlayacaq. Və bir gün özün də şahidi olacaqsan ki, biz onu dayaz əkdiyimizə görə, toxumun gücü çatacaq ki, öz gövdəsini çıxarsın, öz ətirli qoxusuyla və rəngli ləçəkləri ilə bağçamızı bəzəsin.

Abbas bütün suallarına cavab tapmasına baxmayaraq, yenə də səbirsizlik edirdi. Qərənfilə su verəndə, onunla söhbət edirdi və deyirdi:

- Niyə gec bitirsən, yoxsa sən də Qəzzadakı sionist güllələrindən hələ yetişməmiş bezara gəlmisən? Niyə yetişmirsən?!

Sübh çağı idi. Abbas hələ yuxudan oyanmamışdı. Qəzzanın qərənfili ilk gövdəsini torpağın üzərinə çıxartmağa başlayırdı. Abbas isə hələ də yatırdı. Və birdən güllə səsləri eşidilməyə başladı. Qərənfil çaş-baş qalaraq, nə baş verdiyini anlamadı. Öz-özünə dedi:

- Bu nə səsdi? Elə bil müharibə zonasında yalqız qalmışam!

Abbası bu güllə səsləri oyatdı. Və tez təlaşla babası Cavid babanın yanına getdi. Babası isə artıq durmuşdu. Amma sübh namazı olduğundan, namaz qılırdı. Abbas isə çox təlaşlı halda otağı dövr edirdi. Abbas nədənsə nigaran idi. Və düyünlənmiş qaşlarından anlaşılırdı ki, nə isə qəmgin xəbərdi. Babası namazını qutaran kimi, Abbas səbirsizlik edərək babasına salam verdi. Və sözünə davam edərək, dedi:

- Baba güllələri eşidirsən?

Babası dedi:

- Nəvəcan eşidirəm, amma bizim evə yaxın deyil. Çünki, səs uzaqdan gəlir.

Abbas dedi:

- Baba, gəl gedək, qərənfil gülümün yanına. Çünki o, qorxa bilər. O, anlamaz nə baş verir. Həm bəlkə artıq torpağa o körpə gövdələrini çıxardıb?

Babası ilə Abbas təlaşlı halda gəlib gördülər ki, neçə vaxdır gözlədikləri gül artıq torpağın üzərinə ilk körpə gövdəsini çıxarıb. Abbas tez gülə yaxınlaşıb dedi:

- Qorxma zalım rejimdir. O, bizi, ailələrimizi, qonşularımızı didərgin edir. Amma qorxma, bizim tərəfdə deyillər. Amma görəsən hansı həmvətənlilərimin, həmyaşıdlarımın evləri darmadağın olub?

Bu yerdə qızılgül qərənfilin sözünü kəsərək, nitqi tutulmuş halda dedi:

- Qərənfil, sən o rejimin əsgərlərini görmüsən?

Qərənfil dedi:

- Bəli, amma görməz olardım. Bir gün Abbas məni və mənimlə birlikdə olan gülləri sulayırdı. Birdən sionislər qoca, uşaq, cavan, bacı-qardaş demədən hamını qıra-qıra gəlirdi. Abbas isə məni sulayırdı. Babası isə digər ağacları sulayırdı. Birdən qəfildən qonşuları Əsəd dayı təlaşla sionist cəlladlarının bizim məhəlləyə doğru gəldiyini deməyə gəlirdi ki, sözünü deməyə macal tapmadan, sionistin gülləsinə məruz qalaraq, şəhidlik mərtəbəsinə yüksəldi. Sionist əsgərləri Abbasgilin həyətlərinə girdilər.

Qərənfil bu yerdə bir qədər duruxdu, sonra yenə də öz sözünə davam edərək, dedi:

- Abbas əlindəki susəpəni yerə saldı və bütün su mənim üzərimə sıçradı. Mənim zərif ləçəklərim Abbasın əlindən sonuncu su damlalarını hiss edirdi. Ləçəklərin, köklərin, gövdənin damarları sonuncu dəfə Abbasın verdiyi suları daxilimdə dövr etdirərək, suda həll olmuş mineral maddələri və suyu bədənimə çatdırırdı. Mənim köklərim və yaşıl gövdəm Abbasın əlindən sonuncu dəfə su içirdi. Çünki Abbas güllərin üzərinə o kiçik qolları ilə sanki çəpər çəkərək, Qəzzanın güllərini qoruyurdu. Abbbasın babası Cavid baba isə Əsəd dayının nurlu cəsədinə doğru qaçarkən, düşmən gülləsinə məruz qaldı. Sionist cəlladları Abbası gördükdə onun əlləri ilə necə gülləri qoruduğunu gördülər.

Qızılgül bu yerdə qərənfilin sözünü kəsərək, dedi:

- Bəs o babasının yanına getməmişdi ki?

Qərənfil ləçəkləri ilə üzərindəki göz yaşını silərək dedi:

- Xeyr, çünki Abbas gülləri evin arxasında əkmişdi və sionislər birdən hücum ediyi üçün, o, babasının harada olduğunu bilmirdi və bizim yanımızda olduğundan, bizi qorumağa başladı. Sionislər onu görən kimi onun qolları və barmaqları ilə bağladıqı biz gülləri nişan alaraq onun körpə əllərini yaraladı və bir neçə güllə ilə körpə 5 yaşlı bədənini darmadağın etdilər. Mən isə dedim ki, məni niyə tək qoydun, ey mənim sirdaşım. Ey mənim himayədarım. Və onun qan damlaları ləçəklərimin üzərinə düşdü. Sionist cəlladlarının isə hirsi bununla belə soyumadı və bizim gül bağçamızı - Abbasın böyük həvəs və zəhmətlə əkdiyi gülləri tələf etdilər. Mənim də gövdəm yaralandı. Amma Abbbas yaralanmadı, şəhid oldu. Və mən sonradan yaralarımı sarıya bildim, amma sirdaşım Abbas artıq mənimlə deyildi. Sionislər öz buldozerləri ilə Abbasgilin evini darmadağın etdilər. Sonradan bilindi ki, hansısa bir cəlladın oğlu burada iş yeri açacaq və bu torpaqlar onlara lazım idi. Xalqı isə didərgin salmaları bunların heç vecinə də deyildi. Axı arxalarında meşədə olduğu kimi əjdahalar dayanmışdı.

Və indi mən də Abbas kimi bu dünyaya bax beləcə qış gələndə vida edəcəyəm. Amma mənim yerimə başqa bitki çıxacaq, amma Abbas olmadığından, onlara yaxşı qulluq edən tapılmayacaq...

Qızılgül ləçəkləri ilə ətrafa diqqət yetirdi. Gördü ki, ətrafındakı güllər və ağaclar göz yaşlarını sağlaya bilmirlər. Alma ağacı dedi:

- Mən qışda ölüb, yazda diriləcəyəm – bu, İlahinin bizim üçün qoyduğu qanundur. Abbas da Qiyamətdə diriləcək. Allah Abbasa cənnətin gül bağçasında olmağı nəsib etsin.

Lalə isə dedi:

- Mən bundan sonra ləcəklərim hər əsəndə, köklərim ilə torpaqdan su soranda Abbası xatırlayacağam.

Və bir qədər araya səssizlik höküm sürdü. Bu sükutu qırmızı qızılgül pozaraq dedi:

- Bəs indi deməli bizlər bir gün Abbasın əkdiyi güllərin yetirmələriyik. Amma sionist cəlladlar öz istəkləri müvəqqəti olsalar da çatdılar. Amma İmamın (ə.f.) zühuru yaxındır. Və o zühur etdikdə, Abbas kimilər biz Qəzzalı fidanlara sipər olcaqlar.

O gün çox da uzaq deyil... 

Müntəzir,
“Dəyərlər”in oxucusu, 17 yaş

понедельник, 11 октября 2010 г.

SƏNƏ BU CƏNGİ ÖYRƏDƏN ƏMİN ƏBƏLFƏZƏ (Ə) ƏHSƏN!



Bu günlərdə dinlədiyim bir mahnı məni bu yazını yazmağa təşviq etdi. İnsanda qeyri-ixtiyari hərbi duyğuları oyadan bu mahnı, bir neçə ay bundan qabaq şəhid olmuş Seyyid Mübariz haqqında idi. Və bu mahnıda bir çox mövzulara toxunulması diqqətimi çəkdi. Mövzu başdan-ayağa mlli ruhiyyədə düzəldilmişdi. Mahnının musiqisi də mahnı ilə həmahənglik təşkil edirdi. Mahnıda ana xətt kimi, Qarabağ məsələsinin həll olması üçün, bu torpaqların şəhid qanı ilə alına bilinəcəyi həqiqəti bizlərə çatdırılırdı və Şəhid Mübarizin öz hədəfə çatdığını bəyan edilirdi. Eyni zamanda, bir çox yatmışların Şəhid Mübarizin şəhid olmasından sonra ayıldığını bildirilirdi.

Bəli, bizim bir bağlanmayan və şəhid qanı ilə alınmayınca da bağlanmayacaq bir yaramız var. Bu yara - Qarabağ yarasıdır. Bu yara - torpaq hissi ilə yanıb-tutuşan analarımızın yarasıdır. Bəli, bəzilərinə adi görünən və bəzi yatmış düşüncələrin ayılması və torpaqların qaytarılması üçün şəhid qanı gərəkdir. Və bu şəhidlik məktəbi yalnız Əhli-beyt (ə) təfəkkürü ilə tərbiyə olunmaqla meydana gəlir və yetişir. Bundan əlavə, bir çoxlarımızın Şəhid Mübariz yadına saldı ki, Qarabağ bizim islam torpaqlarımızdır, bu torpaqlara biz sahib çıxmalıyıq. Biz bu torpaqların işğalına öz şəhid qanlarımız ilə cavab verməliyik. Və bu torpaqları yağı düşmənlərdən xilas etməliyik. Bu torpaqları bizim üçün amerkalı, ingiltərəli, fransalı, rusiyalı diplomatlar gəlib almayacaq. Bunu bizim Əhli-beyt (ə) tərbiyəsi ilə böyüyən və lazım gələndə şücaət göstərib öz qanı bahası ilə öz doğma torpaqlarını qaytarmağa hazır olan qəhrəman oğullarımız edəcəkdir. Və bu anlam olmadıqda, bir gün məmləkətin məscidini də bağlayacaqlar. Bəli, uşaqlarımız qəhrəmanlıq ab-havası böyüməyəndə, bir gün məmləkətdə hicab qadağa edənlər meydana çıxacaq. Və deyəcəklər ki, biz heç bir qayda tanımırıq və hicablı xanılmarı öz təhsil mərkəzimizə bıraxmırq.

Bəli, hələ dünyada və ya öz məmləkətimizdəki problemləri həll etmək qalsın bir yana, bəzən heç xəbərimiz nigarançılığımız belə olmur bu problemlərdən. Belə olduqda, biz dinimizə sahib çıxmadıqda, biz torpaqlarımıza sahib çıxmadıqda - onda bizim halal torpaqlarımızı “Artsax” da adlandıracaqlar, hələ cürət edib - necə ki, ediblər - müqəddəs Quranımızı da yandıracaqlar.

Bəli, ruhumu oxşayan həmin mahnıda bizlərə çatdırılır ki, torpaqların azad edilməsinin həyata keçməsi yolu yalnız və yalnız bir məktəbin məzunu olmaqdan keçir. Və bu məktəb hamıya tanışdır. Bu məktəbin qurucularından biri də Əbəlfəz ağadır (ə). Kərbəla şəhidi. İmam Hüseynin Ələmdarı. Və onun yetirməsi olan Şəhid Seyyid Mübariz, bu imtahandan çox məharətlə çıxır.

Buradan belə bir nəticə çıxır ki, Əbəlfəz ağanın (ə) məktəbinin bircə yetirməsindən erməni təcavüzkarları əgər belə qorxur və tir-tir əsirsə, bəs görəsən Əbəlfəz ağanın (ə) yüzlərlə, minlərlə yetirməsi ilə bir gün cəng meydanında üz-üzə gəldikdə, necə panikaya düşəcək, necə qoyub qaçacaq!

Bunu da nəzərə çatdırım ki, oxunan ilahidə Seyyid Mübarizin öz əziz ata-anasına yazdığı məktubun misraları da yer alır.

Amma elə şeytan qulları, zalımlar tapıldı ki, bu müəqddəs məktubu ixtisara almağa cəhd etdilər. Balaşsayağı bir sindromla, məktubda dinə-imana aid hissələri pozmağa çalışdılar. Bu hissələr onlarda niyə qıcıq yaratdı, niyə hürkütdü – sual olaraq qalır.

Bəli elələri tapıldı ki, Şəhid Seyyid Mübarizin yazdığı məktubda onları hürküdən-qorxudan cümlələri ixtisar edərək, öz telekanallarında oxudular. Bu ixtisarlardan bir neçə misranı nəzərə çatdırmaq istərdim. “Seyyid Mübariz” adından çəkindilər, çünki orda “seyyid” sözü var idi. Və bu da zalımları qorxudaraq ürkütdü. “Seyyid nəvəsi olaraq bunu etməliyəm” cümləsindən çəkindilər və bu kimi.

Sonra mahnıda vətən oğlunun qalxıb vətəni üçün döyüşməsinə bir növ çağrış hiss olunurdu. Sanki, neçə ildi öz qoynunda bəslədiyi balalarını cəngə çağırırdı. Və torpaqların alınması üçün hələ çox Mübariz kimilərin yetişməsinin vacibliyindən xəbər verirdi.

Və burada bir incə məqam var. O da bundan ibarətdir ki, Seyyid Şəhid Mübariz 22 il yaşadı, amma neçə nəslin işini gördü. Və bu da çox mühüm məsələlərdən biridi. O, Qarabağın həll olmama düşüncəsini, bütünü darmadağın etdi.

Allah Təala hamıya Əbəlfəz ağanın (ə) məktəbinin layiqli yetirməsi olmağı nəsib etsin! Amin.

Müntəzir,
“Dəyərlər”in oxucusu

AZADLIQ AXTARAN FƏLƏSTİN XALQININ SƏSİNƏ SƏS VERƏK


Azadlıq axtaran Fələstin xalqı bu gün də israil rejiminin belə desək arxalı çaqqalların mühasirəsi altındadı. Fələstinli bacı və qardaşlarımız hər gün min bir müsübətə gözlərini açırlar. Bu yazıda iki uşağın istəklərini sizlərə çatdırmaq istədim. Həftə sonu idi. Fələstin xalqının nümayəndəsindən biri olan Ramazan əminin aliləsi və çağdaş dünyada yaşayan İngiltərəli 10 yaşlı Conun ailəsi idi. Və onlar hər ikisi səhər tezdən ayılıb, fərqli-fərqli planları reallışdırmaq üçün gözlərini açdılar. Fələstinli bacı və qardaşlarımızdan olan Ramazan əminin oğlu 10 yaşlı Əlidən və 10 yaşlı İngiltərəli Condan danışacağıq. Səhər tezdən Con yuxudan ayılıb əlini-üzünü təzə aldıqları evdə yuyub, masa arxasına keçdi. Və anasına dedi:

- Anacan, mən bu gün şokoladla bulka yemək istəyirəm. Və ardından da bir fincan qəhvə olsa, yaxşı olar.

Amma 10 yaşlı Əli bu gün səhər yuxudan dünənləri partladılmış evlərinin həyətindəki daşın üzərindən durdu. Ata-anasını oyatmadan, qonşuların onlara gətirdikləri bir neçə ədəd quru çörəyi və qəzeti götürüb, partladılmış evlərinin həyətində ağacın kötüyündən düzəldilmiş və odun doğramaq üçün ayrılan kötüyü götürüb oraya qəzeti sərdi. Sonra ardınca quru çörəkləri qəzetin üzərinə qoyub atasını və ansını oyatdı. Və onlar quru çörəyi və odun doğramaq üçün ayrılan ağac kötüyünün üzərində yeməklərini yedilər. Sonra isə quyudan su götürmək üçün Əli ilə atası kəndin başındakı quyuya yollandılar.

Amma Con isə tosterdən keçirilmiş şokaladlı çörəyi südlü kofe ilə içdikdən sonra həftə sonu olduğundan və dərslərini elədiyi üçün otağına keçib, atasının aldığı təzə oyun diskini kompüterinə köçürmək üçün getdi. 10 yaşlı Əli isə atası ilə quyudan qayıtdıqdan sonra evin arxasındakı karton parçalarını vərəq halına salmağa başladı. Sonra isə onları bir-bir iç-içə yığaraq, dəftər halına salmaq üçün çox çalışdı. Dəftərə oxşamayan vərəq toplusunda müəliminin dünən verdiyi ev tapşırıqlarını eləməyə başladı. Düzdür, Əli dünən bu dərsini etmişdi. Sadəcə dünən günorta namazından evə qayıdanda evlərinə bomba düşdüyündən, evdəki kitab-dəftər - bir sözlə, bütün ləvazimatlar hamısı yanıb kül oldu. Bu səbəbdən Əli bu gün bayırda daşın üzərində yatmışdı. Sonra isə Əli odun kötüyünün üzərinə bu gün nazik kartondan düzətmiş dəftərə bənzər vərəqləri qoyub, dərsini eləməyə başladı. Sabah məktəbə gedəcəyinə böyük həvəslə çalışan Əli, bir tərəfdən də birdən müəllimin bu vərəq parçalarını bəyənməyib və onun yay mövsümü ilə əlaqədar yazdığı inşanı oxumamasından qorxurdu. Və istərdim inşanın içindəki cümlələrlə siz əziz oxucuları tanış edəm. İnşa sanki yay xatirələri deyil, hansısa qanlı matəmin tarixindən bəhs edirdi. Çünki Əli bu yay mövsümündə qonşusu və ən yaxın sinif yoldaşı olan Əhmədin düşmənə daş atdığına görə düşmən tankının altında qaldığını öz gözləri ilə görmüşdü. Və bu hissəsini də inşasında qeyd etdiyi zaman, Əhmədin ona ad günündə bağışladığı taxtadan düzəldilmiş ev maketini cibindən çıxarıb əlində tutdu. Və dedi:

- Əhməd, darıxma, bir gün gələcək, biz Fələstin xalqına səs verən tapılacaq. Bizim başımıza gətirilənlərin bir gün açığı çıxacaq.

Və sonra ev maketini cibinə qoyub inşasını yazmağa davam etdi. Çünki inşaya yay ərzində başına nə gəlib, onu yazmalı idi. Ən maraqlısı budur ki, hələ bu az imiş kimi, Əli öz ata-baba yurdu olan evini dünən axşam tam olaraq itirmişdi. Bu səbəbdən dedim ki, inşa elə bil hansısa matəmin tarixindən bəhs edir. Amma hələ inşa qutarmayıb...

Hə, mən unutdum hələ onu deyəm ki, məktəbləri bir ay bundan qabaq darmadağın edilib və bu səbəbdən məktəb tikilənə qədər müəlliminin evində dərs keçəcəklər. Bu isə inşanın birinci sətirində gedirdi. “Və evdə birinci, ikinci, üçüncü, yeddinci sinifdə oxuyan uşaqlar birgə oturub eyni zamanda, eyni məkanda - bir otağın içində dərsimizi keçirik deyə” - 10 yaşlı Əli balaca əlləri ilə inşasını yazmağa davam edirdi. Con isə oyunu köçürüb, hansı oyun olduğuna baxırdı. Və hazırkı diskin, atasına dediyi diskin olub-olmadığını araşdırırdı. Conun anası otağa girib dedi:

- Dərslərini yerinə yetirmisən?

Con, “bəli” cavabını verdi. Bu zaman anası onun yazdığı inşaya nəzər yetirdi ki, görsün hərf səhvi var, yoxsa yox. Üzəri güllü-bəzəkli üz ilə örtülmüş dəftəri anası götürüb yoxlamağa başladı. İnşanın içində yazılan bəzi nöqtələrlə siz əziz oxuyuculara tanış etmək istərdik. Con inşasında bu yay Parisə və Londona getməyindən, sonra isə gəlib bağ evlərində məktəb başlayana qədər qalıb qonşusu və dostu olan Markla oynadıqlarından danışırdı. Onların hər gün üzgüçülük dərsinə, sonra hər səhər velosipedlə futbol meydançasına qədər gedib, orada axşama qədər futbol oynadıqlarından inşada bəhs edilirdi.

Əli isə inşasını bitirib qonşusu Rübab xaladan bir ədəd torba almaq üçün anasından icazə istədi. Anası bunun nə üçün istədiyini soruşduqda, 10 yaşlı Əli belə cavab verdi:

- Anacan, vərəqlərdə yazdığım inşanı torbanın içərisinə qoymaq istəyirəm. Bir də evdən bayaq qələm tapmağa gedəndə tapdığım üzəri bir az yanmış riyaziyyat kitabını və inşanı onun içinə qoyum ki, dərsdə vərəqlər və kitab səpələnməsin.

Anasından icazə alan 10 yaşlı Əli, qonşuları Rübab xalagilə yollandı. Rübab xala ondan nə istədiyini soruşduqda, Əli sevincli və həyəcanlı şəkildə dedi:

- Rübab xala, sizdə bir dənə balaca torba olmaz?

Rübab xala bunu nə üçün istədiyini soruşduqda, Əli dedi:

- Sabah məktəbə gedəcəm, amma dəftərimi və kitabımı qoymağa heç nə tapmadım. Bu səbəbdən istərdim ki, bir dənə torba verəsiz, onu çanta kimi istifadə edim.

Rübab xala nitqi tutulmuş və gözləri yaşarmış halda titrək səslə dedi:

- Burada gözlə, indi gəlirəm.

Bütün bu müsübətlərə baxmayaraq, 10 yaşlı Əli bir torba aldığından və sabah məktəbə bu torbanın içinə kitab-dəftərlərini qoyub gedəcəyindən o qədər sevicli idi ki, bunu adi sözlə ifadə etmək mümkün deyildi.

Con kompüter oyununu bitirdikdən sonra anasının yanına gedib dedi:

- Anacan, günorta haraya gəzintiyə çıxacağıq?!

Anası ona bu gün həyətlərindəki parka çıxa biləcəklərini oğlu Cona dedi. Con isə cavabında çox qəmqin halda dedi:

- Mən bu gün lunaparka getmək istərdim. Çünki, dünən televiziyada yeni attraksionun gəldiyini dedilər və bu gün sinif yoldaşlarımın çoxu oraya gedəcək, mən də oraya getmək istəyirəm.

Çox uzun danışıqlardan sonra anasını razı salan Con, çox sevincli halda lunaparka getmək üçün geyinməyə getdi. Əli isə atasına kömək lazım olub-olmadığını öyrənmək üçün onun yanına getdi. Atası isə darmadağın edilmiş evin qalıqlarını toparlamaqla məşqul idi. Atasına gəlib yaxınlaşdıqdan sonra Əli dedi:

- Ata, sənə nə kimi köməyim dəyə bilər?

Atası isə ona toparlamaq istədiyi yükün ağır olduğunu, bu səbəbdən də onun yanında dayanıb yazdığı inşanı ona oxuya biləcəyini dedi. Əli isə sevincli halda yazdığı inşanı atasına oxudu. Atası isə inşanı axıra qədər dinləyə bilmədi. Gözləri dolmuş şəkildə dedi:

- Bir gün gələcək, İmam (ə.f) zühur edəcək, bu zaman sənin dostun Əhmədin intiqamını, bu darmadağın evin hesabını arxalı çaqqallar və fitnəkar rejimlərdən alacağıq!

Axşam artıq düşmüşdü. Con sevincli halda artıq evə qayıdırdı. Evdə axşam yeməyini yeyib, atasının bu il aldığı çantaya sabahkı kitablarını qoymağa başladı. Sonra isə dişlərini fırçalayıb çarpayısına uzanıb yatdı.

Əli isə atasına inşanı danışıb qutardıqdan sonra qonşuları Rübab xala gilə getdilər. Çünki, bu gün Rübab xala onları qonaq çağırmışdı. Yeməkdən isə quru çörək və bir qədər də süd var idi. Quru çörəyin olması isə bundan ibarət idi ki, iki gün əvvəl kəndin çörək sexinə bomba və raket zərbələri endirilmişdi. Bu səbəbdən kənd əhalisi çörək maşınında nə qədər çörək var idisə, onunla kifayətlənməli və çörəkdən qənaətlə istifadə etməli idi. Sonra isə Ramazan əmi ailəsi ilə birgə darmadağın edilmiş evlərinin həyətlərində bu dəfə daşın yox, taxtanın üzərində yatdılar. Amma Əli sabahkı dərsi fikirləşərək gözlərini yumub yatdı.

Bu, bir gün ərzində Fələstinli və İngiltərəli uşağın başına gələn hadisə idi. Və bu səbəbdən deyirəm ki, azadlıq axtaran Fələstin xalqının səsinə səs verin. Biz öz yerimizdə-yurdumuzda yatan zaman, onlar daşlar üzərində yatırlar. Biz səhəri 3-4 cür yemək çeşidi ilə qarşılaşırıqsa, onların yalnız bir seçimi olur. Onlar məktəbin ləvazımatlarının dərdini, fikrini çəkir. Biz isə bu gün həftə sonu hara gedəcəyimizin, hansı attraksiona minəcəyimizin dərdini çəkirik. Amma azadlıq axtaran Fələstin xalqına hamı ən azı öz dualarında, öz qəlbində səs versin. İnsan ən azı qəlbində narahatlıq keçirməlidi. Məncə başqa şərhə ehtiyac yoxdu.

Allah İmamın (ə.f.) zühurunu təcil eləsin. Amin.

Müntəzir,
“Dəyərlər”in oxucusu, 17 yaş

четверг, 7 октября 2010 г.

YOL QEYDLƏRİ


İsti yay gününün həftə sonu idi. Mübarək Ramazan ayına günlər qalırdı. Səhər dan yeri ağaranda, yəni saat 6-00 -da Qəbələ rayonuna yola düşdük. Yol uzun və dolama olsa da, maşınların hərəkətinə problem yaratmırdı. Çünki yollar asfalt örtüklə örtülmüşdü. Amma buna baxmayaraq, yola çıxandan sonra Qəbələyədək dayanmadan getmək adamı yorurdu. Çünki yol çox uzun idi. Bu səbəbdən bir neçə yerdə dayanmaq, yolun uzunluğunu adamın yaddan çıxardırdı.
YOL QEYDLƏRİ

Səhər vaxtı olmasına baxmayaraq yolda maşın çox idi. Üç saatlıq yoldan sonra nəhayət Qəbələ rayonuna çatdıq. Olduqca gözəl təbiəti olan Qəbələ, bir daha Azərbaycanın gözəl və füsunkar təbiətindən xəbər verirdi. Biz qaldığız yerdə öyrəndik ki, bir göl var. Və bu gölün tarixi çox qədim zamanlara təsadüf etdiyindən, siz əziz oxuyucularla bölüşməyi lazım bildim. Bu göl 1960-cı ildə xalqın su ehtiyatının az olduğundan əvvəl süni göl kimi yaradılsa da, sonradan hər tərəfi dağlarla əhatələndiyindən dağlardan gələn sularla gölün suyu çoxalıb. Və indi turistlərin istirahət guşəsinə çevrilib. Çünki göl çox dərin olduğundan və qədimdən yarandığından hər növ balığa rast gəlmək olur. Bu səbəbdən göldən turistlər və yerli əhali həm də balıq tuturlar. Bundan əlavə, gölün ən dərin yerini də öyrəndik. Çox maraqlıdır ki, bu göl 32 m dərinliyindədir. Amma dayaz yerlərivdə mövcuddur. Bundan əlavə göldə qayıqla gəzintilər də turistlər uçün fikirləşilib. Ən əsası da o idi ki, gələn qonaqların hamısı ailəvi gəlirdilər. İstirahətin ikinci günü öyrəndik ki, burada Dunak adlı bir yer də var. Və bu yerdə çay, bulaq və hər tərəfi dağla əhatələnib. Buraya səfər etdikdə gördük ki, turistlər bura axın edirlər. Qəbələ şəhərinə yollanmaq istəyirdik ki, burada bir şəlalənin də olduğunu dedilər. Lakin şəlalənin yolu çox tozanaq idi və hələ bu az imiş kimi, maşınsız azı 0,5 km də piləkənlərlə və dağa çıxdıqdan sonra şəlaləyə çatırsan. Və bu bizi çox yorduğundan şəlalənin o gözəlliyi bizim yadımzdan çıxdı. Ən azı bu qədər turist cəlb edən yerə yol çəkilsə idi, bəlkə də bu qədər əziyyət çəkilməzdi. Amma yol həm daşlıq, həm də tozanaq idi.
YOL QEYDLƏRİ
Buradan da ayrıldıqdan sonra Qəbələ şəhərinə yollandıq. Və səhərdən təbiətlə ahəng quran rayon bir anda şəhərə çevrildi. Amma burada lunaparkın olduğunu da öyrəndik. Maraqlısı budur ki, Bakı şəhərində olmayan kanat, buz meydançası burada mövcud idi. Sonra Qəbələ şəhərindən vidalaşmaq vaxtı idi. Bu səyahət qısa müddətli olsa da, təbiətin gözəlliyi bizim yorğunluğumuzu çıxardı. Və bu bir daha göstərdi ki, səfərin uzun ya qısa olması, heç fərq etməz. Qısa olsa da, səmərəli keçəndə insana çox görünür. Amma bəzən çox qalanda heç sadaladığım yerlərə insanlar gedib çıxmır. Səbəb isə bunu gətirirlər ki, hələ vaxt var. Amma müddət az olanda görməli yerləri çox rahatlıqla görürsən.
YOL QEYDLƏRİ
Amma hər zaman fikrimdə onu tuturdum ki, gərək elə şərait yaradılsın ki, hamı heç olmasa ən minimal səviyyədə istirahət edə bilsin. Bu Vətən – hamımızındır və Azərbaycanımızın füsunkar təbiətindən bəhrələnib Allaha həmd və səna etmək – hamı üçün əlçatan olmalıdır.

Mənalı həyat və gözəl istirahət diləyilə.


Müntəzir,
“Dəyərlər”in oxucusu, 17 yaş