
Arxalı çaqqal meşədə ən yaxın qonşusunu itirə bilər. Bu səbəbdən də nə edəcəyini bilmir. Çünki qonşusu olan pələng öz sahəsində işləyən çalışqan qarışqalar, uçan həşəratlar, zəhmətkeş heyvanların etirazına tuş gəlib. Çünki 30 ildir ki, pələng öz sahəsində yaşayan heyvanlara çox ağır işlər gördürərək, bunun müqabilində işçilərinə az yemək verirdi. Qonşularına özünü sakit göstərən pələng, öz sahəsində zalımlıq edirdi. Bu məsələ artıq bütün meşədə olan heyvanları narahat etmişdi. Və güclü, amma bir o qədər də müdrük şirlər, fillər, atlar pələngə öz sahəsini bıraxmasını və həmin sahəni orada olan sakinlərin öhdəsinə verməsini deyirdilər. Çoxlu sayda heyvanlar pələngə etiraz əlaməti olaraq onun sahəsində işləmir və etirazlar edirdilər. Məsələ o qədər şiddətlənmişdi ki, hətta pələngə qulluq edən döyüşçü atlar, fillər bu haqsızlıqdan bezara gəlmişdilər. Və ordunun rəhbəri bu günlərdə pələngə bildirdi ki, biz bu sahədə yaşayan heyvanların tərəfindəyik və sənin tez bir zamanda bu sahəni tərk etməyini istəyirik. Çünki bu qədər iş görməklərinə baxmayaraq, yenə də az bir miqdarda ərzağa sahibdirlər. Zəhmətkeş qarışqalar 30 gün işləmələrinə baxmayaraq, evlərinə cəmi 30 düyü apara bilirlər. Amma pələngin şəxsi mağarasına neçə tonlarla düyü, taxıl, çörək qırıntıları daşıyırlar. Barama qurdu isə onun üçün saf təmiz ipək hazırladığı təqdirdə, ona yarım dənə yarpaq çatırdı.
Bütün bu məsələlərdən arxallı çaqqal çox narahat idi. Çünki ən yaxın qonşusunu itirə bilərdi. Bu məqsədlə öz sahəsində olan, daha doğrusu əjdahanın ona verdiyi fillərdən, atlardan və çoxlu hərbi oxlardan qonşusuna göndərirdi. Çünki qonşusu olan pələng əgər öz sahəsini itirsə, onda arxalı çaqqalın işi çox pisləşəcəkdi. Öz ölkəsində törətdiyi zülmlərdən əziyyət çəkən heyvanlar etiraza qalxsa idi, qonşusundan kömək istəyə bilməyəcəkdi. Amma pələngin işi getdikcə pisləşirdi. Arxalı çaqqal isə ordu göndərməkdə davam edirdi. Digər tərəfdən pələng getdikcə qonşu meşələrdə yaşayan və həmişə onun sahəsinə gələn heyvanların artıq oradan gəlib su içmədiyini və su pulu vermədiyini görürdü. Və qərara gəldi ki, bütün heyvanların qarşısına çıxsın. O gün yetişir. Pələng heyvanların qarşısına çıxır və deyir:
- Mən 30 ildir ki, bu sahəyə hakimlik edirəm. Bu sahədə mən çox işlər görmüşəm. Buranın bütün yaşıllıqlarını, çaylarını mən düzəldib səhmana salmışam. Mən bu sahəni ən çətin vaxtlarında idarə etmişəm. İndi isə onu buraxmaq fikrim yoxdur.
Amma bu məsələ vəziyyəti lap pisləşdirdi. Etirazlar bu danışıqdan sonra miqyasca böyüməyə başladı. Pələng isə məsələni qarışdırmaq üçün yalançı tərəfdar taparaq etiraz edənlərin qarşısına çıxardı. Amma bu da bir nəticə vermədi. Pələng hələ də nə edəcəyi haqqında fikirləşir. Dostu olan arxalı çaqqaldan nə cür kömək istəyəcəyini bilmir. Çünki dostu çaqqalın da gücünün tükəndiyini hiss edirdi. Axı arxalı çaqqal, adından bəlli olduğu kimi, kimdənsə aslıdır...
Sizcə söhbət kimdən gedir? Və meşə sakinlərinin aqibəti necə olacaq?
Müntəzir,
“Dəyərlər”in oxucusu, 17 yaş
Комментариев нет:
Отправить комментарий
Примечание. Отправлять комментарии могут только участники этого блога.