воскресенье, 26 декабря 2010 г.

FİRDOVSİ ƏMİNİN QAYIDIŞI


Bu günlərdə yaşanan və anamız Fatiməyi-Zəhra (s.ə.) yadigarına hörmətsizlik edilməklə səciyyələnən olaylar haqqında artıq az-çox hamı eşidib. Bunlardan biri də Məsumə xanımdır. O, hələ çox kiçik olmasına baxmayaraq, uşaqlıqdan “şərtlə böyüyən” lal və fəal şeytanların əhatəsində qalıb. Bir ayda düz 14 dəfə məktəb qapısından içəri bıraxılmayan Məsumə xanım, bu günləri atası ilə məktəbə gəldi. Direktor: “Biz dünyəvi ölkəyik, olmaz...”, - deyə bir aktyorun teatrını göstərməyə başladı. Artıq həyətdə olan müəllimələr, müəllimlər və şagirdlər ətrafa toplaşmağa başladılar. Məsumənin atası Firdovsi əmi bunun əsasız olduğunu və artıq 19 ildir ki, müstəqil dünyəvi ölkə olduğumuzu direktora xatırlatdı. Amma özünü eşitməməzliyə vuran direktor tez-tələsik dərsin zənginin vurulmasını əmr etdi. Çünki şagirdlər getdikcə çoxalırdı. Atası Məsumənin sənədlərini həmin məktəbdən alıb, aviakassaya yollandı. Çünki Məsumənin atası artıq bir qərara gəlmişdi ki, uşağını oxutmaq üçün İngiltərəyə getsin. Çünki internetdə oxuyub araşdırmışdı ki, orada həm yüksək səviyyədə tədris var, həm də insan haqlarına, xüsusilə hicaba böyük hörmət saxlanılır. Məsumə isə səhərdən nə baş verdiyini anlayaraq atasına bir sual verdi:

- Ata bizi niyə oxumağa qoymurlar?

Atası isə yalnız: “Bilmirəm, mənim gözəl qızım” – cavabını verə bildi.

Və həmin gün yetişdi. Artıq aeroporta gələn Məsumə xanımın ailəsi, öz uçuş vaxtlarını gözləməyə başladılar. Bu zaman orada fəhləlik edən Qasım dayı onların yüklərini daşımaqla məşqul idi. Və sonra Məsumə xanımın atasından hara gediklərini soruşdu. Atası da hicablı olduğuna görə qızının məktəbə bıraxılmadığını və buna görə də ölkədən getmək istədiklərini bildirdi.

Qasım dayı dərindən bir ah çəkib dedi:

- Eh, bala, mən çox insanlar görmüşəm. Özüm də Azərbaycanın müstəqilliyi uğrunda döyüşmüşəm. Mənim atam iki dənə diplomu olmasına baxmayaraq, yenə də fəhlə işləyib bizi dolandırırdı. Çünki, zalım sovet höküməti zamanı məhərrəmlik dönəmində atam Aşura günü evində əzadarlıq məclisi düzəltmişdi və buna görə onu işdən azad edib, peşəsinə uyğun işləməyi qadağan etmişdilər. O vaxtlar çox çətin günlər idi. Biz əgər o zaman bu məmləkətimizi qoyub getsəydik, onda məmləkət bu günlərə gəlib çıxmazdı. Axı niyə bu məmləkətin insanları anlamır ki, Azərbaycan onların evidir?! Və onlar burada ev yiyəsidirlər. Evdə su problemi olanda qonşu gəlib suyu düzəltmədiyi kimi ,bu məsələni də xarici qonşularımız düzəltməyəcək. Amma siz indi heç bir yerə şikayət etmədən, heç bir hüquqi müstəvidə addım atmadan ölkədən gedirsiniz. Axı o zaman bu məmləkətin problemini kim həll edəcək?! Düzdü, evin içindəki su problemini fitnəkar “qonşumuz” - sionistlər yaradıb. Amma bu problemi düşüncə ilə gərək həll edəsiniz. Siz isə su problemi olduğundan, evi satıb ayrı evə keçirsiniz. Bəs sabahsı günü o evdə də bir problem çıxsa, oradan da görən qaçacaqsınız?

Bu fikirlər Firdovsi əmini çox düşündürdü. Çünki bir dəfə də olsun qızı haqqında bu rakursdan düşünməmiş, məmləkətində qalıb onun təhsili ilə köklü məşğul olmasının necə vacib olmasını hiss etməmşdi. Bəlkə də nə vaxtsa bu məmləkətə faydalı övlad olacağını heç fikirləşməmişdi. Və bu vaxt xaricdən gələn təyyarə endiyindən, Qasım dayını yükü boşaltmağa çağırdılar. Və Qasım dayı sonda Firdovsi əmiyə dedi:

- Bala çox yaxşı fikirləş, əgər məktəbdə xəstəlik olsa idi, nə edərdinsə, indi də onu et. Çünki bu məsələ o xəstəlikdən də daha önəmlidi. Və bəlkə də sən indi geri dönsən və qızının təhsili ilə məşğul olsan, bu məsələyə görə qızın daha keyfiyyətli oxuyacaq və hansısa işin mütəxəssisi olacaq.

Firdovsi əmi bu sözlərdən sonra qızının başını tumarlayaraq, biletləri təhvil verdi və evindəki “su problemi”ni düzəlməyə döndü...

Müntəzir
“Dəyərlər”in oxucusu, 17 yaş

Комментариев нет:

Отправить комментарий

Примечание. Отправлять комментарии могут только участники этого блога.