вторник, 15 июня 2010 г.

İKİNCİ HUMANİTAR KARVAN DA KÖNÜLLƏRİ FƏTH ETMƏK ÜÇÜN DƏNİZƏ ÇIXACAQ



Bu günlərdə bütün dünyanın gözü qarşısında vəhşilik edən israil rejimi, son günlərdə dünyaya meydan oxumağa davam edir. İsrail rejimi həyasız hərəkətlərinə davam etməkdədir. Bu qədər etirazlara məhəl qoymayan İsrail rejiminin etdikləri zülmlər bəs deyilmiş kimi, Fələstin küçələrini bu son günlərdə güllə-baran etməkdən belə çəkinmir. Özü də bu təcavüzkarlıq, bütün dünyanın diqqəti rejimin üzərinə yönəldiyi halda davam edir. Fələstin azadxahları son günlərdə baş verən zülmləri şərh edərkən bunları deyirlər:

“Sionistlər bu gündən etibarən evlərimizi dağıtmağa başlayıb. Onlar bununla bizi yaşadığımız yerlərdən sıxışdırıb çıxarmağa çalışırlar”, - deyə İordan çayının qərb sahilində yaşayan fələstinli müsəlman ailələr bildirib. Bu, bir daha sübut edir ki, israil rejimi öz vəhşiliklərini hətta dünyanın gözü qabağında belə etməkdən çəkinmir. Eyni zamanda, İsrail rejiminin cinayətkar “polis” dəstələri Hevron, Rəmallah və Şxemedə 11 fələstinlini həbs ediblər.

Bundan əlavə, 31 may 05:00 radələrindən yer alan terror aktında şəhid olan 19 şəhidin adları açıqlanıb.

Burada bir incə məqam var. O da bundan ibarətdir ki, həmin 19 nəfər şəhidin 8-i ailə sahibidir. Bunlar aşaqdakılardır:
1. İbrahim Bilgen, 61 yaş, Siirt şəhərindən, mühəndis-elektrik. Türkiyə Mühəndis-elektriklər Palatasının üzvü. 2007-ci ildə Səadət partiyasından namizəd olaraq parlament seçkilərində iştirak edib. Ailəli, 6 övladı.

2. Əli Heydər Bengi, 39 yaş, Diyarbəkr şəhərində telefon təmiri dükanının sahibi. Misirin Əl-Əzhər universitetinin məzunu. Ailəli, 4 övladı – 15 yaşlı Mehunur, 10 yaşlı Semanur və 5 yaşında olmaqla iki əkiz övladı – Muhəmməd və Senanur.

3. Sevdət Kiliklər, Kayseri şəhərindən, 38 yaş. Mərmərə Universitetinin Kommunikasiya fakültəsinin məzunu, “National Gazette” və “Anatolia Times” qəzətlərinin müxbiri. Son il ərzində İHH Humanitar Yardım Fondunda jurnalist və veb-master olaraq çalışıb. Ailəli, 2 övladı – qızı Gülxan və oğlu Erdəm.

4. Çetin Topçuoğlu, Adana şəhərindən, 54 yaş. İstedadlı futbolçu və taekvando üzrə dünya çempionu. Ailəli, 1 övladı. Onun xanımı Siqdem də həmin gəmidə olub.

5. Nesdet İldırım, 32 yaş, İHH fondunun əməkdaşı, Malatiya şəhərindən. Ailəli, 3 yaşlı Mələyin atası.

6. Fəxri Yıldız, 43 yaş, Adiyaman şəhərində yanğınsöndürmə idarəsində çaılışıb. Ailəli, 4 oğul atası.

7. Çengiz Songür, 47 yaş, İzmir şəhərindən. Ailəli, 6 qız və iki oğul övladı.

8. Çengiz Akiyuz, 41 yaş, İskəndəriyyə şəhərindən. Ailəli, 3 övlad sahibi.

Bu bir zamandan sonra əgər diqqət yetirilməsə digər məsələlər kimi unudulacaq. 19 nəfərin arasında 19 yaşlı Furkan Doğan da var idi. Bu il liseyi bitirib və artıq universitetə də imtahan verib. Lakin, hələ də nəticələrini öyrənə bilməyib. Arzusu həkim olmaq olub.

Gəmilərdə olan daha üç fəalın taleyi isə hələlik məlum deyil.

Bunu da xatırlatmaq lazımdır ki, hələ ki, israil rejimi etdiyi terrora görə rəsmi üzr belə istəməyib. Amma bu heç də vicdanları susturmadı. Artıq Qəzzaya “Azadlıq donanması № 2” gəmi karvanı yola hazırlaşır. Və “Mavi Marmara ”gəmisi könüllüləri mərmisiz, silahsız necə ki, fəth etdi, Qəzza azadlıq donaması № 2 karvanı da əminik ki, bundan artıq insanın könülləri fəth edəcək.

Bu arada bir xəbər də yayıldı ki, Ermənistanın təşəbbüsü ilə İsrail rejimini pisləyən qətnamə qəbul edilmədi. Bu da bir daha sübut etdi ki, Ermənistan və israil rejimi eyni məqsədə qulluq edir. Ya da, belə desək, fəal şeytanların arxasında hansı lal şeytanların olduğu günbəgün üzə çıxmaqdadır.

Qəzza xalqının bugünkü vəziyyətini “açıq səma altında zindan” adlandırsaq, yanılmarıq. Çünki, açıq səma altında zindan olmasa idi, yardım gəmilərində olan ərzaq malları Qəzzaya, fələstinin digər bölgələrinə buraxılardı. Buradan belə bir nəticə çıxır: bir kisə undan və düyüdən belə qorxan və blokada şəraitində olan Qəzzaya humanitar ardımı buraxmaqdan qorxan israil rejimi bu gün ağlasığmaz surətdə dünyaya meydan oxuyur, yazılan və yazılmayan qanunları pozur.

Allah Təala açıq səma altında zindanda olan bacı-qardaşlarımızı tezliklə azadlığa çıxartsın।
Amin.

Müntəzir,
“Dəyərlər”in oxucusu, 16 yaş

Комментариев нет:

Отправить комментарий

Примечание. Отправлять комментарии могут только участники этого блога.