
O, Qəzzanın qərənfilidir. O, Qəzza gülüdü. Qəzzanın tüstüsünə-dumanına baxmayaraq, yaşamağa davam edir. Qərənfil qışın gəldiyini yavaş-yavaş gəldiyini hiss etməyə başlayır. Qərənfilin bir bitki kimi müxtəlif funksiyaları var. O, fotosintez edərək, kainatın ağciyərləri olaraq, havanı təmizləyir və s. funksiyaları yerinə yetirir. Amma bizim mövzumuz bundan ibarət deyil. Bizim bugünkü qəzzalı qərənfilimiz Qəzza şahidi kimi onu himayə edən insanlardan bəhs edəcək.
O, Qəzza müsübətini hələ torpağın üzərinə gövdəsini belə çıxarmadan, düşmənin mərmilərini eşitməsindən, ilk gövdəsini torpağın üzərinə çıxarmağından, ona qulluq edən beş yaşlı qəzzalı Abbası da necə itirdiyindən danışacaq. Amma indi qış gəlir və o da solacaq. O hey fikirə dalaraq, öz həyatını gözünün qabağına gətirirdi. Və bu fikirlərini yanındakı qızılgülə danışmaq istəyirdi. Qızıl gül qərənfili belə görüb dedi:
- Nə olub, qərənfil?
Qərənfil dərindən bir ah çəkib dedi:
- Eh, mənim bir anlıq gözümdən yaşadığım hadisələr keçdi. Qızılgül həyacanla dedi:
- Mənə anlada bilərsən?
Qərənfil: “Məmnuniyyətlə”, deyərək başladı başına gələnləri anlatmağa.
Dedi ki, məni bu həyətdə bu gül bağçasında əkdilər. Və mənə mütəmadi olaraq bu həyətin sahibi olan Cavid babanın nəvəsi Abbas qulluq edirdi. Abbas hey məni sulayarmış, Abbas mən yetişəndən sonra məni hələ torpağın altında olduğu vaxtlarda belə suladığını deyib. Biz həm də Abbasla sirdaş idik. Mən onu dinləyir, o isə mənə qulluq edərək, sirlərini açırdı. Babasından hər gün soruşan Abbas deyirdi:
- Baba bəlkə düzgün əkməmişik? Bəlkə torpaq yaxşı deyil? Bəlkə toxumu düzgün dərinlikdə əkməmişik? Və s. suallarla hər gün babanın üstünə gəlirdi.
Babası isə Abbasa tələsməməsini, səbirli olmasını və mütəmadi olaraq onu sulamasını deyirdi. Amma Abbas yenə də bu sualları verməyə davam edirdi. Bir gün babası dedi:
- Abbascan, biz o toxumu qurudub əkmişik. Onu yaş əkməmişik ki, bir nigaranlığımız qalsın ki, birdən toxum cücərməz. Çox dərin əkməmişik ki, birdən su ona çatmaz. Çünki onun toxumu xırda idi. Özün də gördün.
Abbas babasına dedi:
- Baba, məgər toxum böyük olsa idi, dərin əkərdik?
Babası gülümsəyərək dedi:
- Bəli, mənim əziz nəvəm, əgər toxum böyük olsa idi, onu bir qədər dərin əkəcəkdik. Çünki toxum nə qədər böyük olsa, toxum lazım olan qida maddələri ilə o qədər dolu olar, bol olar. Və dərin olduqda kökünü, gövdəsini, yarpağını yaxşı inkişaf etdirib, gövdəsini torpağa çıxardar. Amma qərənfilin toxumu kiçik idi. Ona görə onu dayaz əkdik ki, o, öz gövdəsini torpağın üzərinə çıxarda bilsin.
Abbas dedi:
- Bəs toxum nəyi gözləyir? Çıxsın da torpağa! Onu dayaz əkmişik axı.
Babası yenə də gülümsəyərək dedi:
- Yox, əziz nəvəm, gərək əvvəl toxum torpağın altında öz kökünü çıxarsın və torpağın dərinliklərinə doğru yol alsın. Sonra isə torpağa tam bərkiyəndən sonra gövdəsini toxumdan çıxardaraq, torpağın üst hissəsinə doğru hərəkətə başlayacaq. Və bir gün özün də şahidi olacaqsan ki, biz onu dayaz əkdiyimizə görə, toxumun gücü çatacaq ki, öz gövdəsini çıxarsın, öz ətirli qoxusuyla və rəngli ləçəkləri ilə bağçamızı bəzəsin.
Abbas bütün suallarına cavab tapmasına baxmayaraq, yenə də səbirsizlik edirdi. Qərənfilə su verəndə, onunla söhbət edirdi və deyirdi:
- Niyə gec bitirsən, yoxsa sən də Qəzzadakı sionist güllələrindən hələ yetişməmiş bezara gəlmisən? Niyə yetişmirsən?!
Sübh çağı idi. Abbas hələ yuxudan oyanmamışdı. Qəzzanın qərənfili ilk gövdəsini torpağın üzərinə çıxartmağa başlayırdı. Abbas isə hələ də yatırdı. Və birdən güllə səsləri eşidilməyə başladı. Qərənfil çaş-baş qalaraq, nə baş verdiyini anlamadı. Öz-özünə dedi:
- Bu nə səsdi? Elə bil müharibə zonasında yalqız qalmışam!
Abbası bu güllə səsləri oyatdı. Və tez təlaşla babası Cavid babanın yanına getdi. Babası isə artıq durmuşdu. Amma sübh namazı olduğundan, namaz qılırdı. Abbas isə çox təlaşlı halda otağı dövr edirdi. Abbas nədənsə nigaran idi. Və düyünlənmiş qaşlarından anlaşılırdı ki, nə isə qəmgin xəbərdi. Babası namazını qutaran kimi, Abbas səbirsizlik edərək babasına salam verdi. Və sözünə davam edərək, dedi:
- Baba güllələri eşidirsən?
Babası dedi:
- Nəvəcan eşidirəm, amma bizim evə yaxın deyil. Çünki, səs uzaqdan gəlir.
Abbas dedi:
- Baba, gəl gedək, qərənfil gülümün yanına. Çünki o, qorxa bilər. O, anlamaz nə baş verir. Həm bəlkə artıq torpağa o körpə gövdələrini çıxardıb?
Babası ilə Abbas təlaşlı halda gəlib gördülər ki, neçə vaxdır gözlədikləri gül artıq torpağın üzərinə ilk körpə gövdəsini çıxarıb. Abbas tez gülə yaxınlaşıb dedi:
- Qorxma zalım rejimdir. O, bizi, ailələrimizi, qonşularımızı didərgin edir. Amma qorxma, bizim tərəfdə deyillər. Amma görəsən hansı həmvətənlilərimin, həmyaşıdlarımın evləri darmadağın olub?
Bu yerdə qızılgül qərənfilin sözünü kəsərək, nitqi tutulmuş halda dedi:
- Qərənfil, sən o rejimin əsgərlərini görmüsən?
Qərənfil dedi:
- Bəli, amma görməz olardım. Bir gün Abbas məni və mənimlə birlikdə olan gülləri sulayırdı. Birdən sionislər qoca, uşaq, cavan, bacı-qardaş demədən hamını qıra-qıra gəlirdi. Abbas isə məni sulayırdı. Babası isə digər ağacları sulayırdı. Birdən qəfildən qonşuları Əsəd dayı təlaşla sionist cəlladlarının bizim məhəlləyə doğru gəldiyini deməyə gəlirdi ki, sözünü deməyə macal tapmadan, sionistin gülləsinə məruz qalaraq, şəhidlik mərtəbəsinə yüksəldi. Sionist əsgərləri Abbasgilin həyətlərinə girdilər.
Qərənfil bu yerdə bir qədər duruxdu, sonra yenə də öz sözünə davam edərək, dedi:
- Abbas əlindəki susəpəni yerə saldı və bütün su mənim üzərimə sıçradı. Mənim zərif ləçəklərim Abbasın əlindən sonuncu su damlalarını hiss edirdi. Ləçəklərin, köklərin, gövdənin damarları sonuncu dəfə Abbasın verdiyi suları daxilimdə dövr etdirərək, suda həll olmuş mineral maddələri və suyu bədənimə çatdırırdı. Mənim köklərim və yaşıl gövdəm Abbasın əlindən sonuncu dəfə su içirdi. Çünki Abbas güllərin üzərinə o kiçik qolları ilə sanki çəpər çəkərək, Qəzzanın güllərini qoruyurdu. Abbbasın babası Cavid baba isə Əsəd dayının nurlu cəsədinə doğru qaçarkən, düşmən gülləsinə məruz qaldı. Sionist cəlladları Abbası gördükdə onun əlləri ilə necə gülləri qoruduğunu gördülər.
Qızılgül bu yerdə qərənfilin sözünü kəsərək, dedi:
- Bəs o babasının yanına getməmişdi ki?
Qərənfil ləçəkləri ilə üzərindəki göz yaşını silərək dedi:
- Xeyr, çünki Abbas gülləri evin arxasında əkmişdi və sionislər birdən hücum ediyi üçün, o, babasının harada olduğunu bilmirdi və bizim yanımızda olduğundan, bizi qorumağa başladı. Sionislər onu görən kimi onun qolları və barmaqları ilə bağladıqı biz gülləri nişan alaraq onun körpə əllərini yaraladı və bir neçə güllə ilə körpə 5 yaşlı bədənini darmadağın etdilər. Mən isə dedim ki, məni niyə tək qoydun, ey mənim sirdaşım. Ey mənim himayədarım. Və onun qan damlaları ləçəklərimin üzərinə düşdü. Sionist cəlladlarının isə hirsi bununla belə soyumadı və bizim gül bağçamızı - Abbasın böyük həvəs və zəhmətlə əkdiyi gülləri tələf etdilər. Mənim də gövdəm yaralandı. Amma Abbbas yaralanmadı, şəhid oldu. Və mən sonradan yaralarımı sarıya bildim, amma sirdaşım Abbas artıq mənimlə deyildi. Sionislər öz buldozerləri ilə Abbasgilin evini darmadağın etdilər. Sonradan bilindi ki, hansısa bir cəlladın oğlu burada iş yeri açacaq və bu torpaqlar onlara lazım idi. Xalqı isə didərgin salmaları bunların heç vecinə də deyildi. Axı arxalarında meşədə olduğu kimi əjdahalar dayanmışdı.
Və indi mən də Abbas kimi bu dünyaya bax beləcə qış gələndə vida edəcəyəm. Amma mənim yerimə başqa bitki çıxacaq, amma Abbas olmadığından, onlara yaxşı qulluq edən tapılmayacaq...
Qızılgül ləçəkləri ilə ətrafa diqqət yetirdi. Gördü ki, ətrafındakı güllər və ağaclar göz yaşlarını sağlaya bilmirlər. Alma ağacı dedi:
- Mən qışda ölüb, yazda diriləcəyəm – bu, İlahinin bizim üçün qoyduğu qanundur. Abbas da Qiyamətdə diriləcək. Allah Abbasa cənnətin gül bağçasında olmağı nəsib etsin.
Lalə isə dedi:
- Mən bundan sonra ləcəklərim hər əsəndə, köklərim ilə torpaqdan su soranda Abbası xatırlayacağam.
Və bir qədər araya səssizlik höküm sürdü. Bu sükutu qırmızı qızılgül pozaraq dedi:
- Bəs indi deməli bizlər bir gün Abbasın əkdiyi güllərin yetirmələriyik. Amma sionist cəlladlar öz istəkləri müvəqqəti olsalar da çatdılar. Amma İmamın (ə.f.) zühuru yaxındır. Və o zühur etdikdə, Abbas kimilər biz Qəzzalı fidanlara sipər olcaqlar.
O gün çox da uzaq deyil...
Müntəzir,
“Dəyərlər”in oxucusu, 17 yaş