понедельник, 2 мая 2011 г.

İSLAM PEYĞƏMBƏRİNİN (s) MÖVLUDU İKİNCİ DƏRƏCƏLİ MƏSƏLƏ HESAB EDİLİR?


Bu günlərdə saytlardan birində bir xəbər məni çox sevindirdi. Bu da bundan ibarətdir ki, Bolqarıstan müsəlmanlarının böyük səyi nəticəsində, Bolqarıstan hökumətinin qərarı ilə əziz İslam Peyğəmbəri Həzrət Muhəmmədin (s) mövludu dövlət səviyyəsində qeyd ediləcək və bayram günü milli bayram elan olunacaq. Düzdür, bəziləri belə fikirləşə bilər ki, məgər bizdə bunu ikinci dərəcəli bayram hesab edənlər var?
Əfsus ki, var. Ən azı ona görə ki, həmin sayt bir neçə saat sonra rəsmi dini qurumun təmsilçisi ilə əlaqə saxlayıb, ondan müsahibə aldı. Sual çox sadə idi. "Azərbaycanda Peyğəmbərin (s) və ya digər Məsumların (ə) mövludu günü milli bayram elan edilə bilərmi?".
Düzdü, bəziləriniz hələ də nə demək istədiyimi anlamaya bilərsiz. Amma ağla gəlməyən cavab verildiyini də indidən deyim. Cavabında rəsmi dini qurumun təmsilçisi dedi:
“Bizim iki böyük İslam bayramlarımız - Qurban və Ramazan bayramları rəsmən dövlət tərəfindən qeyd olunur və həmin gün təqvimdə də qırmızı rəngdə işarələnir. Məbəs, mövlud və s. bu kimi bayramlar isə ikinci dərəcəli bayramlar sayılır”.
İnana bilirsiniz, İslam dininin ən əsas bayramı ikinci dərəcəli bayram adlandırdı! Mən bunu deyəni qınamıram, o adam, cəmiyyətdə mövcud olan ümumi ab-havanı bir növ çatdırıb.
Bu, ona bənzəyir ki, siz evə təzə ən bahalı su kranı alırsız, ona uyğun bahalı mətbəx aksessuarı alırsınız və s. Bunlar hamısı bir amildir suyun gəlməsi üçün, amma əgər həmin məntəqəyə suyu çəkən olmasa idi, sudan istifadə qaydalarını deməsə idi, su kranının, aksessuarın alınmasının bir önəmi olardımı?
Bəli, İslam dininin atributları olan Qurban bayramının, Ramazan bayramının rəsmi bayram elan edilməsi çox sevindirici bir haldır. Amma bu bayramları bizə kim tanıdıb?
Bu bayramların mahiyyətini, kökündə nə durduğunu kim bizə başa salıb?
Yəni, biz necə əziz İslam Peyğənbərinin (s) - bu bayramları bizə tanıdanın, bizə Qurban bayramının fəlsəfəsini açan və bizə izah edən insanın mövludunu ikinci dərəcəli bayaram hesab edə bilərik?
Amma sonra deməyək ki, biz müsəlman dövlətik. Çünki qıraqdan çox gülünc görünər. Deməzlərmi ki, “2009-cu ildə islam mədəniyyətinin paytaxtı” seçilən ölkə İslam peyğənbərinin bayramını rəsmi keçirmir?!
Və ya deməzlərmi ki, gör necə ölkədir ki, əhalisinin 90%-nin dini - İslam dinidir, amma İslam dinini bəşəriyyətə gətirənin mövludunu rəsmi keçirmirlər?!
Amma əvəzində yaxşı bacarırıq heç bir rəsmi sənədi olmayan və ümumiyyətlə haradan qaynaqlandığını bilmədiyimiz “bayramları” keçirək. Məgər “Noviy qod”un mahiyyətini tam kamil bilirikmi ki, onu rəsmi bayram kimi keçiririk?
Və yaxud da 8 mart "Qadınlar” günü"nün tam mahiyyətini bilirikmi ki, onu keçiririk?! Amma bu bayramları heç ikinci dərəcəli hesab edən tapılır?! Və onları qırmizı rəngdə boyayıb salıblar təqvimə. Gəlin heç olmasa bir dəfə də olsun fikirləşin. Niyə və kimin sayəsində islam dinindəsiz?

Müntəzir,
"Deyerler.org"un oxucusu, 17 yaş

суббота, 16 апреля 2011 г.

1 APREL - "DOĞRULUQ" GÜNÜDÜR


Bəli, səhv yazılmayıb. 1 aprel - “doğruluq” günüdür. Bu günlərdə hamı az-çox 1 aprel haqda nələrisə eşidib. Və bəzilərimizin başına bu hadisə gəlib. 1 aprel haqqında çox müxtəlif fikirlər mövcüddür.

Bəzilərimiz fikirləşir ki, bu, çox pis gündür. Milləti aldadırlar. İnsanlara bir anlıq da olsa, əziyyət verirlər. Amma bəzilərimiz də bunun çox gözəl gün olduğunu və əyləncə, yumur hissinin yüksəlməsi məqsədilə edildiyinə görə bəyənir. Amma gəlin birdə bu tərəfinə diqqət edək. 364-365 günün yalnız bir gününü insanlar aldadıldığının fərqinə varır. Və ya özü hiss etməsə belə, bir müddətdən sonra onu aldadan insan ona gerçəyi açıqlayır. Amma bir ilin 363-364 gününü insanlar aldadıldıqlarını, çox zaman yalan danışaraq onları aldatdıqları çox az hiss edir. Həm də bu bir ildə bir günü çıxmaq şərtilə əgər həmin insan aldadıldığının fərqinə varmasa da, ona aldadıldığı barədə heç bir məlumat verilmir. Amma ən azından 1 aprel günündə onu aldadan şəxs ona aldatdığını deyir. Bu səbəbdən də mövzünün adını 1 aprel - “doğruluq” günüdür dedik. Həm də pis-yaxşı artıq hamının arasında bu gün yayıldığına görə hər bir insan bu günün “aldatma və gülünc” günü olduğunu bilir. Amma digər günlər “aldatma” günü elan olunmadığına görə, buna fikir vermirik. Amma bəlkə belə ifadə olunsa daha ağla batan olar. “1 aprel - doğruluq günüdür. Digər günlər isə aldatma günüdür”.

Amma bir məsələyə cavab tapa bilmədim. O da bundan ibarətdir ki, bu gözəl iş olsa idi niyə İslam Peyğəmbəri (s) buyurub: “Zarafatla belə yalan danışmaq olmaz”.

Bax bu haqqda fikirləşməyə dəyməzmi?

Müntəzir,
“Dəyərlər”in oxucusu, 17 yaş

суббота, 5 февраля 2011 г.

Arxalı çaqqal qorxuya düşüb...


Arxalı çaqqal meşədə ən yaxın qonşusunu itirə bilər. Bu səbəbdən də nə edəcəyini bilmir. Çünki qonşusu olan pələng öz sahəsində işləyən çalışqan qarışqalar, uçan həşəratlar, zəhmətkeş heyvanların etirazına tuş gəlib. Çünki 30 ildir ki, pələng öz sahəsində yaşayan heyvanlara çox ağır işlər gördürərək, bunun müqabilində işçilərinə az yemək verirdi. Qonşularına özünü sakit göstərən pələng, öz sahəsində zalımlıq edirdi. Bu məsələ artıq bütün meşədə olan heyvanları narahat etmişdi. Və güclü, amma bir o qədər də müdrük şirlər, fillər, atlar pələngə öz sahəsini bıraxmasını və həmin sahəni orada olan sakinlərin öhdəsinə verməsini deyirdilər. Çoxlu sayda heyvanlar pələngə etiraz əlaməti olaraq onun sahəsində işləmir və etirazlar edirdilər. Məsələ o qədər şiddətlənmişdi ki, hətta pələngə qulluq edən döyüşçü atlar, fillər bu haqsızlıqdan bezara gəlmişdilər. Və ordunun rəhbəri bu günlərdə pələngə bildirdi ki, biz bu sahədə yaşayan heyvanların tərəfindəyik və sənin tez bir zamanda bu sahəni tərk etməyini istəyirik. Çünki bu qədər iş görməklərinə baxmayaraq, yenə də az bir miqdarda ərzağa sahibdirlər. Zəhmətkeş qarışqalar 30 gün işləmələrinə baxmayaraq, evlərinə cəmi 30 düyü apara bilirlər. Amma pələngin şəxsi mağarasına neçə tonlarla düyü, taxıl, çörək qırıntıları daşıyırlar. Barama qurdu isə onun üçün saf təmiz ipək hazırladığı təqdirdə, ona yarım dənə yarpaq çatırdı.
Bütün bu məsələlərdən arxallı çaqqal çox narahat idi. Çünki ən yaxın qonşusunu itirə bilərdi. Bu məqsədlə öz sahəsində olan, daha doğrusu əjdahanın ona verdiyi fillərdən, atlardan və çoxlu hərbi oxlardan qonşusuna göndərirdi. Çünki qonşusu olan pələng əgər öz sahəsini itirsə, onda arxalı çaqqalın işi çox pisləşəcəkdi. Öz ölkəsində törətdiyi zülmlərdən əziyyət çəkən heyvanlar etiraza qalxsa idi, qonşusundan kömək istəyə bilməyəcəkdi. Amma pələngin işi getdikcə pisləşirdi. Arxalı çaqqal isə ordu göndərməkdə davam edirdi. Digər tərəfdən pələng getdikcə qonşu meşələrdə yaşayan və həmişə onun sahəsinə gələn heyvanların artıq oradan gəlib su içmədiyini və su pulu vermədiyini görürdü. Və qərara gəldi ki, bütün heyvanların qarşısına çıxsın. O gün yetişir. Pələng heyvanların qarşısına çıxır və deyir:
- Mən 30 ildir ki, bu sahəyə hakimlik edirəm. Bu sahədə mən çox işlər görmüşəm. Buranın bütün yaşıllıqlarını, çaylarını mən düzəldib səhmana salmışam. Mən bu sahəni ən çətin vaxtlarında idarə etmişəm. İndi isə onu buraxmaq fikrim yoxdur.
Amma bu məsələ vəziyyəti lap pisləşdirdi. Etirazlar bu danışıqdan sonra miqyasca böyüməyə başladı. Pələng isə məsələni qarışdırmaq üçün yalançı tərəfdar taparaq etiraz edənlərin qarşısına çıxardı. Amma bu da bir nəticə vermədi. Pələng hələ də nə edəcəyi haqqında fikirləşir. Dostu olan arxalı çaqqaldan nə cür kömək istəyəcəyini bilmir. Çünki dostu çaqqalın da gücünün tükəndiyini hiss edirdi. Axı arxalı çaqqal, adından bəlli olduğu kimi, kimdənsə aslıdır...
Sizcə söhbət kimdən gedir? Və meşə sakinlərinin aqibəti necə olacaq?

Müntəzir,
“Dəyərlər”in oxucusu, 17 yaş