вторник, 15 июня 2010 г.

İKİNCİ HUMANİTAR KARVAN DA KÖNÜLLƏRİ FƏTH ETMƏK ÜÇÜN DƏNİZƏ ÇIXACAQ



Bu günlərdə bütün dünyanın gözü qarşısında vəhşilik edən israil rejimi, son günlərdə dünyaya meydan oxumağa davam edir. İsrail rejimi həyasız hərəkətlərinə davam etməkdədir. Bu qədər etirazlara məhəl qoymayan İsrail rejiminin etdikləri zülmlər bəs deyilmiş kimi, Fələstin küçələrini bu son günlərdə güllə-baran etməkdən belə çəkinmir. Özü də bu təcavüzkarlıq, bütün dünyanın diqqəti rejimin üzərinə yönəldiyi halda davam edir. Fələstin azadxahları son günlərdə baş verən zülmləri şərh edərkən bunları deyirlər:

“Sionistlər bu gündən etibarən evlərimizi dağıtmağa başlayıb. Onlar bununla bizi yaşadığımız yerlərdən sıxışdırıb çıxarmağa çalışırlar”, - deyə İordan çayının qərb sahilində yaşayan fələstinli müsəlman ailələr bildirib. Bu, bir daha sübut edir ki, israil rejimi öz vəhşiliklərini hətta dünyanın gözü qabağında belə etməkdən çəkinmir. Eyni zamanda, İsrail rejiminin cinayətkar “polis” dəstələri Hevron, Rəmallah və Şxemedə 11 fələstinlini həbs ediblər.

Bundan əlavə, 31 may 05:00 radələrindən yer alan terror aktında şəhid olan 19 şəhidin adları açıqlanıb.

Burada bir incə məqam var. O da bundan ibarətdir ki, həmin 19 nəfər şəhidin 8-i ailə sahibidir. Bunlar aşaqdakılardır:
1. İbrahim Bilgen, 61 yaş, Siirt şəhərindən, mühəndis-elektrik. Türkiyə Mühəndis-elektriklər Palatasının üzvü. 2007-ci ildə Səadət partiyasından namizəd olaraq parlament seçkilərində iştirak edib. Ailəli, 6 övladı.

2. Əli Heydər Bengi, 39 yaş, Diyarbəkr şəhərində telefon təmiri dükanının sahibi. Misirin Əl-Əzhər universitetinin məzunu. Ailəli, 4 övladı – 15 yaşlı Mehunur, 10 yaşlı Semanur və 5 yaşında olmaqla iki əkiz övladı – Muhəmməd və Senanur.

3. Sevdət Kiliklər, Kayseri şəhərindən, 38 yaş. Mərmərə Universitetinin Kommunikasiya fakültəsinin məzunu, “National Gazette” və “Anatolia Times” qəzətlərinin müxbiri. Son il ərzində İHH Humanitar Yardım Fondunda jurnalist və veb-master olaraq çalışıb. Ailəli, 2 övladı – qızı Gülxan və oğlu Erdəm.

4. Çetin Topçuoğlu, Adana şəhərindən, 54 yaş. İstedadlı futbolçu və taekvando üzrə dünya çempionu. Ailəli, 1 övladı. Onun xanımı Siqdem də həmin gəmidə olub.

5. Nesdet İldırım, 32 yaş, İHH fondunun əməkdaşı, Malatiya şəhərindən. Ailəli, 3 yaşlı Mələyin atası.

6. Fəxri Yıldız, 43 yaş, Adiyaman şəhərində yanğınsöndürmə idarəsində çaılışıb. Ailəli, 4 oğul atası.

7. Çengiz Songür, 47 yaş, İzmir şəhərindən. Ailəli, 6 qız və iki oğul övladı.

8. Çengiz Akiyuz, 41 yaş, İskəndəriyyə şəhərindən. Ailəli, 3 övlad sahibi.

Bu bir zamandan sonra əgər diqqət yetirilməsə digər məsələlər kimi unudulacaq. 19 nəfərin arasında 19 yaşlı Furkan Doğan da var idi. Bu il liseyi bitirib və artıq universitetə də imtahan verib. Lakin, hələ də nəticələrini öyrənə bilməyib. Arzusu həkim olmaq olub.

Gəmilərdə olan daha üç fəalın taleyi isə hələlik məlum deyil.

Bunu da xatırlatmaq lazımdır ki, hələ ki, israil rejimi etdiyi terrora görə rəsmi üzr belə istəməyib. Amma bu heç də vicdanları susturmadı. Artıq Qəzzaya “Azadlıq donanması № 2” gəmi karvanı yola hazırlaşır. Və “Mavi Marmara ”gəmisi könüllüləri mərmisiz, silahsız necə ki, fəth etdi, Qəzza azadlıq donaması № 2 karvanı da əminik ki, bundan artıq insanın könülləri fəth edəcək.

Bu arada bir xəbər də yayıldı ki, Ermənistanın təşəbbüsü ilə İsrail rejimini pisləyən qətnamə qəbul edilmədi. Bu da bir daha sübut etdi ki, Ermənistan və israil rejimi eyni məqsədə qulluq edir. Ya da, belə desək, fəal şeytanların arxasında hansı lal şeytanların olduğu günbəgün üzə çıxmaqdadır.

Qəzza xalqının bugünkü vəziyyətini “açıq səma altında zindan” adlandırsaq, yanılmarıq. Çünki, açıq səma altında zindan olmasa idi, yardım gəmilərində olan ərzaq malları Qəzzaya, fələstinin digər bölgələrinə buraxılardı. Buradan belə bir nəticə çıxır: bir kisə undan və düyüdən belə qorxan və blokada şəraitində olan Qəzzaya humanitar ardımı buraxmaqdan qorxan israil rejimi bu gün ağlasığmaz surətdə dünyaya meydan oxuyur, yazılan və yazılmayan qanunları pozur.

Allah Təala açıq səma altında zindanda olan bacı-qardaşlarımızı tezliklə azadlığa çıxartsın।
Amin.

Müntəzir,
“Dəyərlər”in oxucusu, 16 yaş

воскресенье, 6 июня 2010 г.

“İSRAİL REJİMİ İNTİHAR ETDİ”


“İsrail rejimi öz törətdiyi terrorlarla faktiki intihar etdi”. Son günlər gündəmdə olan ifadələrdən ən yayılanı. 21-ci əsirdə bütün dünyanın gözü qabağında törətdiyi terrorlarla həm öz həqiqi iyrənc üzünü ifşa etdi, həm də bir daha sübut etdi ki, bütün dünyaya meydan oxuyur. Bu məsələ də digər məsələlər kimi, yəni əsirlər boyu törədilən terrorlarda, cinayətlərdə əsas köməkçi rol oynayan lal şeytanların yüksək fəaliyyəti nəticəsində baş vermişdir. Və nəticədə 31 may 05:00 radələrində sionist İsrail rejiminin beynəlxalq sularda humanitar yardım aparan beynəlxalq gəmi karvanına hücum edilib.

İşğalçı rejimin keçirdiyi hücum əməliyyatı nəticəsində 20-yə yaxın humanitar yardım könüllüsü şəhid edilib, 100-dən artıq insan yaralanıb. Gəmilərdə dünyanın 50 ölkəsindən jurnalist, hüquq müdafiə fəalları, millət vəkilləri, sadə könüllülərdən ibarət 600-dən artıq yardımçı var idi. Hazırda beynəlxalq humanitar karvan İsrail rejiminin qüvvələri tərəfindən girov götürülüb.

Amma bunlar yenə də bir zamandan sonra unudulacaq. Ən maraqlı faktlardan biri də odur ki, fəal şeytanlardan olan israil rejimi öz törətdiyi terror aktına görə üzürxahlıq belə etmədən özünə bəraət qazandırır. Və 20 şəhidin qanına ehtiram qoymaq əvəzinə, yəni ən azından üzürxahlıq etmək əvəzinə bunların qanını boynuna alır. Bununla, qatil və terrorçu olduqlarını etiraf etmiş olurlar.

Barı, ABŞ-dan ibrət götürəydi. Əfqanıstanda hər gün onlarla dinc insanı şəhid edən Amerika generalları, boğazdan yuxarı da olsa, çıxıb camaatdan üzr istəyirlər. Amma sionistlər bunu da etmir. Həyasızlıqla üzə durub, etdiklərini müdafiə adlandırırlar!

Diqqət olunası məsələ də bundan ibarətdir ki, israil rejiminin əsgərlərinin birinin üzərindən gəmi ekipajının adları olan siyahı çıxıb. Siyahı əsasında əgər iş görülürsə, deməli bunun plansız iş olmadığını göstərir. Görəsən israil rejiminin arxasında kimlər dayanıb? Ya da belə desək, fəal şeytanların arxasında hansı lal şeytanlar var?

Bundan əlavə, hətta keçmişdə müharibə şəraiti zamanı belə tibb gəmilərini əl dəymədən rəqib ölkəyə göndərildiyi təqdirdə bu gün heç bir müharibə getmədiyi halda yardım gəmilərində terror aktı törətdilir.

Humanitar gəmilər Qəzza xalqının az da olsa bağlanmamış yaralarının bağlamaq üçün çıxmışdılar. Onlar Qəzza xalqı üçün ata, ana, bacı, qardaş, övlad nəvazişi göstərmək üçün getmişdilər. Amma bu gün həmin gəmidəki insanların ailələrinə nəvaziş göstərən insanlar lazımdır. Hər birimizin ürəyini sızladan Qəzza, Yəmən, Kəşmir, Bosniya, Ağdam, Şuşa və s. islam torpaqlarının arasına humanitar gəmilərdə olan ekipaj da əlavə olundu.

İsrail rejiminin əsir götürmüş və azadlığa bıraxanların ilk dediyi söz budur. “Onlar bizə elektiroşokla işgəncə verdilər”.

Amma burada incə bir məqam var. O da bundan ibarətdir ki, bütün dünyanın nəzəri israil rejiminin üzərlərində ola-ola bu insanlara bir neçə günə elektiroşok veriblərsə, gör neçə ildir ki, israil rejiminin gizli həbsxanalarında nə kimi şiddətli və ağla gəlməyən işgəncələrə məruz qalan insanlar var...

Bu günlərdə Qəzza xalqının qəmləri azca bağlanmış yaralarının közü, gəmidəki ekipajin başına gətirilmiş terror aktına görə yenə də qopdu. Çünki Qəzza xalqı övlad itkisinin, ana,ata, qardaş itkisinin nə olduğunu çox yaxşı bilirlər. Çünki onlar demək olar ki, hər gün ya qonşularından ya qohumlarından birini israil rejiminin törətdiyi cinayətlər nəticəsində itirlər.

Amma bu heç də vicdanları susdurmağa yönələn planın rejimlər üçün uğurlu keçmədiyini bir daha sübuta yetirdi. Çünki artıq rejimin törətdiyi terrora cavab olaraq bir neçə həftəyə yenə də humanitar yardım daşıyan gəmilərin yola çıxacağını bildirdilər. Artıq “Reyçel Korri” adlı yardım gəmisinin Fələstin sahillərinə çatdığı bildirilir. Bu bir daha sübut etdi ki, israil rejimi və onun timsalında bütün rejimlər bu hərəkətləri ilə özlərini intihara məruz qoydular. Sionistlərin iyrənc planlarının həyata keçirilməsinin əvəzinə, indi 700 yox, ondan qat-qat çox könüllü adam və qat-qat çox insan haqları müdafiəçilərinin, jurnalistlərin, hüquqşünasların iştirakı ilə Qəzza sahillərinə humanitar yardım aparan gəmilərin yaxın bir neçə gün ərzində olacağına əminik. Vicdanlı insanların 31 may 2010-cu il 05:00-da törədilən terrorda şəhidlərin haqsız yerə qanının töküldüyünü və bu həqiqəti hələ uzun müddət yaddaşlardan silə bilməyəcəklərinə əminik. Amma bunun yaşanması üçün, lal şeytanların birinci nöbədə yüksək fəaliyyətləri dayandırılmalıdır. Yoxsa bu hadisə tarixin yaddaşlarında yalnız bir statistik rəqəm kimi qalacaq.

Necə ki, hər gün Əfqanıstanda onlarla insanın qırılması - yalnız statistik rəqəm kimi qalmaqdadır.

Bu hadisəyə “11 sentyabr”ın təkrarı desək, yanılmarıq.

Allah şəhid olanların ailələrinə səbir versin.

Allah Yusifi-Fatimənin zühurunu təcil eləsin। Amin!

Müntəzir,
“Dəyərlər”in oxucusu, 16 yaş